Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qeyri-neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının kəsiri artıb

Ölkənin strateji valyuta aktivlərində artımın həcmi 3,4 milyard dollardan 116 milyon dollara düşüb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Qeyri-neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının kəsiri artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2024-cü ilin I rübü üzrə tədiyə balansı xarici mühitdə formalaşan müxtəlif istiqamətli meyllərdən təsirlənmişdir. 

Mərkəzi Bankın açıqladığı 2024-cü ilin I rübü üzrə Azərbaycan Respublikasının tədiyə balansında bildirilir ki, cari əməliyyatlar balansında 1.7 mlrd.$ həcmində profisit formalaşmış, kapitalın və maliyyənin hərəkəti balansında (əsasən maliyyə öhdəliklərinin azalması ilə əlaqədar) isə 1.6 mlrd.$-lıq kəsir yaranmışdır.Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta aktivləri 116 mln.$ artmışdır. Bu dövrdə xam neftin orta qiyməti 88$/barel olmuşdur. 

Xatırladaq ki, 2023-cü ilin I rübü üzrə tədiyə balansı əsasən neft və qaz qiymətlərinin əlverişli olması, qeyri-neft-qaz ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənmişdi. Cari əməliyyatlar balansında 3.4 mlrd.$, kapital və maliyyənin hərəkəti hesabında isə 1.3 mlrd.$ profisit yaranmış, ehtiyat aktivləri 3.5 mlrd.$ artmışdı.

Ehtiyat aktivləri - cari əməliyyatlar balansında və kapital və maliyyənin hərəkəti hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin strateji valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar balansı profisitli olduqda, bu profisit kapital və maliyyənin hərəkəti hesabının kəsirini maliyyələşdirir. Əgər cari əməliyyatlar balansının profisiti kapital və maliyyənin hərəkəti hesabının kəsirini üstələyirsə, bu halda yaranmış fərq ehtiyat aktivlərini artıra bilər. 

CARİ ƏMƏLİYYATLAR BALANSI (CƏB)

2024-cü ilin I rübü üzrə cari əməliyyatlar hesabının profisiti 1.7 mlrd.$ və ya ÜDM-in 10.1%-ni təşkil etmişdir (2023-cü ilin I rübü üzrə 3.4 mlrd.$ profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 28.2% azalaraq 3.6 mlrd.$, qeyri-neft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 12.8% artaraq 1.9 mlrd.$ məbləğində olmuşdur.

Xarici ticarət balansı 2024-cü ilin I rübü üzrə xarici ticarət dövriyyəsi 9.7 mlrd.$ təşkil etmiş, neft-qaz sektoru üzrə 5.0 mlrd.$ həcmində profisit qeyri-neft-qaz sektoru üzrə 2.3 mlrd.$ həcmində kəsiri bağlamışdır. Nəticədə hesabat dövründə xarici ticarət balansında 2.7 mlrd.$ həcmində profisit yaranmışdır. 2024-cü ilin I rübündə Azərbaycanın dünyanın 153 ölkəsi ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 12.7%-i MDB üzvü olan ölkələrin, 87.3%-i isə digər xarici ölkələrin payına düşür. 

Əmtəə ixracı

 Hesabat dövründə əmtəə ixracı 27.1% azalaraq 6.2 mlrd.$ təşkil etmişdir. Dövr ərzində əsasən dünya neft-qaz bazarlarında formalaşan müxtəlif istiqamətli meyllər şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 5.5 mlrd.$ olmuşdur. İxrac olunmuş neft-qaz məhsullarının (5.5 mlrd.$) 3.8 mlrd.$-ı xam neftin, 1.6 mlrd.$-ı təbii qazın, 107 mln.$-ı isə neft emalı məhsullarının payına düşür. 2024-cü ilin I rübü üzrə qeyri-neft-qazixracı 26.2% azalaraq 663.6 mln.$ olmuşdur.

Əmtəə idxalı

2024-cü ilin I rübü üzrə əmtəə idxalı ö.i.m.d.n. 6.6% azalaraq 3.5 mlrd.$ təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 1.5 mlrd.$ olmuş, bunun da 0.5 mlrd.$-ı ərzaq məhsullarının payına düşür. Qeyri-neft-qaz sektoru üzrə idxal 3.3% artaraq 3.0 mlrd.$ olmuşdur. Qeyri-neft-qaz idxalının strukturunda metalların (31.2%), bitki yağlarının (24.9%), şəkərin (15.6%), kərə yağının (14.8%), minik avtomobillərinin (13.7%), ətir və kosmetik vasitələrinin (11.1%), alkoqollu və alkoqolsuz içkilərinin (9.4%), tərəvəz məhsullarının (2.5%) və tütün məhsullarının (0.5%) idxalı artmışdır. Bu dövrdə, gəmilər, qayıqlar və üzən konstruksiyaların (63.2%), daxiliyanma mühərriklərinin (44.3%), dənli bitkilərin (41.6%), əczaçılıq məhsullarının (36.2%), ağac məmulatlarının (8.7%), mebel məhsullarının (8.3%), daş və şüşə məmulatlarının (8.0%), kağız məmulatlarının (6.3%) və sabun və yuyucu vasitələrinin (4.1%) idxalı isə azalmışdır. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 3.4% təşkil edərək 121 mln.$ olmuşdur.

Xidmətlər balansı 

2024-cü ilin I rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 3.8 mlrd.$ təşkil etmişdir. Bunun 2.2 mlrd.$-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1.6 mlrd.$-ı isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 19.6% azalaraq 0.6 mlrd.$ olmuşdur. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 475.5 mln.$ (6.5% azalma) olmuşdur. Qeyrineft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 57.0% azalaraq 76.6 mln.$ olmuşdur. 

Qarşılıqlı xidmətlər dövriyyəsinin 30.2%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 1.2 mlrd.$ olan nəqliyyat xidmətlərinin 62.0%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olmuşdur. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 718.0 mln.$, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 439.3 mln.$ təşkil etmişdir. 

Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.m.d.n. 5.9%, idxalı isə 6.3% artmışdır. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 2024-cü ilin I rübündə 5.6% artaraq 278.7 mln.$-a yüksəlmişdir. Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2023-cü ilin I rübündə 264.0 mln.$ olmuşdur.

2024-cü ilin I rübündə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 61.7% artaraq 690.9 mln.$ təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (359.1 mln.$) idxalı (331.9 mln.$) üstələməsi nəticəsində 27.2 mln.$ həcmində profisit yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 31.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 39.2% artmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 331.9 mln.$ olmuşdur. Bunun 77.6%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla). 

Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 56.8% azalaraq 5.0 mln.$ təşkil etmişdir. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 3.8% azalaraq 325.9 mln.$ olmuşdur.

İlkin gəlirlər balansı 

Hesabat dövründə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 906.5 mln.$ kəsir, qeyri-neft-qaz sektoru üzrə isə 340.1 mln.$ profisit olmuşdur. Nəticədə ilkin gəlirlər balansında kəsir 40.7% azalaraq 566.4 mln.$ təşkil etmişdir.

İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 1.7 mlrd.$ olmuşdur. Bunun 66.8%-i 1.1 mlrd.$ olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil etmişdir. Bu məbləğin isə əsas hissəsini (837.3 mln.$) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 786.1 mln.$ beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (146.6 mln.$), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (89.4 mln.$) və digər ödənişlər (53.3mln.$) təşkil etmişdir.

Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 492.3 mln.$ məbləğində qiymətləndirilmişdir. Daxilolmalar 335.6 mln.$, ödənişlər isə 156.7 mln.$ təşkil etmişdir.

Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 87.7%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 11.0%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 1.3%-ni isə digər daxilolmalar təşkil edir.

Ölkəyə göndərilən pul baratlarının həcmi 34.8% azalaraq 294.4 mln.$, ölkədən köçürülən pul baratlarının həcmi isə 0.7% azalaraq 131.5 mln.$ olmuşdur. Nəticədə pul baratları üzrə 162.9 mln.$ (48.9% azalma) müsbət saldo yaranmışdır.

KAPİTAL VƏ MALİYYƏNİN HƏRƏKƏTİ HESABI 

2024-cü ilin I rübü üzrə ölkənin xalis maliyyə aktivləri 463.9 mln.$ azalmışdır. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (-11.9 mln.$), portfel investisiyaları (4.4 mln.$) və digər investisiyalar (-456.4 mln.$) hesabına formalaşmışdır. 

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 2 058.4 mln.$ azalmışdır ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-358.6 mln.$), neft bonusu (456.4 mln.$), portfel investisiyaları (-898.8 mln.$) və digər investisiyalar (-1 257.4 mln.$) hesabına formalaşmışdır.

Birbaşa investisiyalar Birbaşa xarici investisiyalar üzrə xalis maliyyə aktivləri 11.9 mln.$, xalis maliyyə öhdəlikləri isə 358.6 mln.$ azalmışdır. 

Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1.5 mlrd.$, xaricə yatırılmış birbaşa xarici investisiyaların həcmi isə 330.5 mln.$ olmuşdur. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 346.7 mln.$ mənfi saldo yaranmışdır. 

Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 87.6% təşkil etmişdir. 2024-cü ilin I rübü üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-357.1 mln.$) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (1 322.0 mln.$) həmin sektor üzrə kapitalın repatriasiyası (1679.1 mln.$, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır.

Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 186.5 mln. $ olmuşdur.

Portfel investisiyaları Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 4.4 mln.$ artmış, xalis maliyyə öhdəlikləri isə 898.8 mln.$ azalmışdır. 

Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər dövlət sektorunun (10.7 mln.$), kapitalda iştiraka təminat verən qiymətli kağızların (32.9 mln.$) və bankların (7.6 mln.$) hesabına artmış, digər sektorların (46.8 mln.$) hesabına isə azalmışdır. Öhdəliklər əsasən dövlət sektorunun (902.8 mln.$) hesabına azalmış, kapitalda iştiraka təminat verən qiymətli kağızların (0.4 mln.$), bank (0.4 mln.$) və digər (3.2 mln.$) sektorların hesabına isə artmışdır.

Neft bonusu 

2017-ci il 14 sentyabr tarixli “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“AÇG HPBS”) 29.2-ci maddəsinə əsasən, 2018-2025-ci illər ərzində ümumilikdə 3.6 mlrd.$ məbləğində neft bonusu ödənilməsi nəzərdə tutulmuşdur. Bu məbləğin illik ödənişi 450 mln.$ təşkil edir. Cari il üzrə nəzərdə tutulan vəsait 2024-cü ilin I rübünün yanvar ayında Azərbaycan tərəfinə ödənilmişdir.

Digər investisiyalar 

Digər investisiyalar üzrə xalis maliyyə aktivləri 456.4 mln.$, xalis maliyyə öhdəlikləri isə 1.3 mlrd.$ azalmışdır. Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 34.6 mln.$, xalis maliyyə öhdəlikləri isə 260.2 mln.$ azalmışdır. Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank sektorunun (3.7 mln.$) və müəssisələrin kreditləri (6.8 mln.$) hesabına artmış, neft-qaz sektorunun kreditləri (158 mln.$), dövlət kreditləri (53.2 mln.$) və dövlət zəmanətli kreditlər (59.5 mln.$) hesabına isə azalmışdır. Ticarət kreditləri üzrə xalis maliyyə aktivləri 417.1 mln.$, xalis maliyyə öhdəlikləri isə 797.2 mln.$ azalmışdır (öhdəliklərin azalması əsasən öncəki dövrlərdə idxal edilmiş mal və xidmətlərin müqabilində cari ildə həyata keçirilmiş ödənişlər ilə əlaqədar olmuşdur). Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 4.7 mln.$, xalis maliyyə öhdəlikləri isə 200.0 mln.$ azalmışdır.

EHTİYAT AKTİVLƏRİ 

2024-cü ilin I rübü ərzində tədiyə balansının ehtiyat aktivləri 116.0 mln.$3 artmışdır. 

 XALİS SƏHVLƏR VƏ BURAXILIŞLAR

Hesabat dövründə tədiyə balansı üzrə xalis səhvlər və buraxılışlar mənfi 18.6 mln.$ həcmində olmuşdur.

12.06.2024 13:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ