Bu dondurmalarda insan üçün təhlükəli bakteriya aşkarlandı
Üzərində kərə yağı yazılanda fitosterin aşkar edilib.Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin həyat və sağlamlığının qorunması, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə ölkə üzrə istehlak bazarında monitorinqləri davam etdirir.
Marja.az AQTA-nın yaydığı məlumata istinadən xəbər verir ki, mövsümi məhsullara aid edilən, həmçinin əsasən uşaqlar tərəfindən daha çox istehlak edilən dondurma məhsulunun satışının əsas etibarilə ilin bu mövsümündə intensiv xarakter daşıdığını nəzərə alaraq, bu sahədə monitorinqlərin miqyası genişləndirilib.
Monitorinq çərçivəsində Bakı şəhəri daxil olmaqla, respublikanın bütün regionlarında ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən dondurma emalı müəssisələri tərəfindən istehsal olunmuş məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
Belə ki, cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.
Uyğunsuzluq aşkarlanan dondurma məhsulları aşağıdakılardır:
1. "Rich S.A" MMC-nin istehsalı olan "İçərişəhər" əmtəə nişanlı vanilli plombir dondurma, "Soyuq" əmtəə nişanlı südlü-kakaolu dondurma, "Soyuq" əmtəə nişanlı südlü-çiyələkli dondurma, “İCE Dream” əmtəə nişanlı dondurma, "Yolka" əmtəə nişanlı dondurma;
2. Fiziki şəxs Yusubova Səringül Kərəm qızı tərəfindən istehsal olunan "Selena" əmtəə nişanlı Qlobus Eskimo vanilli 12%-li plombir dondurma, “Zoluşka” əmtəə nişanlı dondurma, "Selena" əmtəə nişanlı çiyələkli dondurma;
3. "Camal" LTD-nin istehsalı olan “Qoşa Qapı” əmtəə nişanlı dondurma;
4. Fiziki şəxs Poladov Müzəffər Müslüm oğlu tərəfindən istehsal olunan "Naturalika" əmtəə nişanlı dondurma.
Eyni zamanda "Naturalika" əmtəə nişanlı dondurmanın etiket məlumatında məhsulun 82%-li kərə yağından istehsal olunduğu qeyd edilsə də, tərkibində fitosterin (Kampesterin) müəyyən olunub. "Camal" LTD-nin istehsalı olan “Oazis” əmtəə nişanlı şokoladlı plombir dondurmanın etiket məlumatında isə bitki yağından istifadə olunduğu bəyan edilsə də, konkret hansı növ bitki yağından istifadə olunduğu qeyd olunmayıb.
43 dondurma nümunəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Digər nümunələrin laborator müayinələri davam etdirilir.
Qeyd edək ki, sınaq nəticələri qənaətbəxş olmayan istehsalçı müəssisələrdə plandankənar yoxlamalar keçiriləcəkdir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 51 d. sonra
-
11 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
18 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 29 d. əvvəl
-
40 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 51 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir


























