“Azərxalça”nın Şəmkir filialının açılışı olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının açılışında iştirak edib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, “Azərxalça” ASC-nin Şəmkir filialının binasının tikintisinə 2016-cı ildə başlanılıb və inşaat işləri bu il başa çatdırılıb. Ümumi sahəsi 1100 kvadratmetr olan filial binasında 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq.
Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq və Gəncə, Şəmkir, Samux, Daşkəsən, Göygöl, Gədəbəy, Goranboy rayonlarının kəndlərində toxunan orijinal Gəncəbasar xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Toxucular bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi şəkildə iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Hazırlıq-tədris kursları filial fəaliyyətə başladıqdan sonra da davam etdiriləcək və məzunlara “Azərxalça” ASC-nin sertifikatı veriləcək. Satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatının sərgilənməsi və satışı həyata keçiriləcək.
Filialda yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xalçaçılarla görüşdü.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
9 saat əvvəl
Bank Respublika ABŞ-də Azəbaycanın ilk bankçılıq missiyasında iştirak etdi
-
15 saat əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında görüş keçirilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
1 gün əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
1 gün əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"