Aqropark yeni soyuducu anbar inşa edir
Nazir Məcnun Məmmədov Qax rayonunda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şəki-Zaqatala iqtisadi zonasına səfəri çərçivəsində Qax rayonunda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.
Turaclı kəndində “Zərqanad” Arıçılıq Məhsullarının İstehsalı Kooperativinin üzvləri ilə görüşən nazirə kooperativin formalaşması zərurəti, arıçılıq məhsullarının istehsalı, qablaşdırma, sərgilərdə iştirak, arıçıların istehsal güclərini birləşdirməsinin gətirdiyi üstünlüklər barədə məlumat verilib.
Kooperativin rəhbəri Kamran Seyidəli havaların yağıntılı keçməsinə rəğmən bu il məhsuldarlığın kifayət qədər yaxşı olduğunu bildirib. Arı ailələrinin mövsüm ərzində 5 fərqli məkana apardıqlarını deyən arıçı fermer bu amilin bal istehsalına və məhsulun keyfiyyətinə müsbət təsir göstərdiyini deyib. Son illər arıçılığa marağın artdığını deyən kooperativ üzvləri hazırda Qax rayonundakı təsərrüfatlarda 30 mindən çox arı ailəsinin saxlandığını bildiriblər. Nazir “Zərqanad” Arıçılıq Məhsullarının istehsalı Kooperativinin məhsulları ilə tanış olub, məhsulların brendləşməsi, satış marketinq işinin təşkili ilə bağlı öz tövsiyələrini verib.
Daha sonra nazir Məcnun Məmmədov Zəyəm kəndində 40 hektar sahədə salınmış intensiv bağla tanış olub. Nazirə Şəki-Zaqatala istisadi rayonunda son illər bağçılığa marağın artması barədə məlumat verilib. Bildirilib ki, Qax rayonunda da intensiv bağların sahəsi artır, rayon üçün ənənəvi sayılan fındıq bağları ilə yanaşı şaftalı, nektarin, gavalı, alma bağlarının əkin sahəsi genişlənir. Bağlarda aqrotexniki qulluq qaydalarının düzgün yerinə yetirilməsi məhsuldarlığın artmasına ciddi təsir göstərir.
Nazir həmçinin səfər çərçivəsində Qorağan kəndində yeni qurulmuş qarğıdalı qurutma məntəqəsinin fəaliyyəti ilə tanış olub. Bildirilib ki, rayonda qarğıdalı əkini sahələrinin artması bu cür müəssisələrin yaradılmasını zəruri edir. Məhsul yığımı dövründə məhsulun nəmlik göstəricilərinin çox olması məhsulu uyğun qiymətə satmağa imkan vermir. İndiki halda isə qarğıdalı qurutma məntəqəsi fermerlərə öz məhsullarını standartlara uyğun şəkildə, mexaniki üsulla qurudaraq qablaşdırmaq və uzun müddət saxlamaq imkanı yaradır. Görüşdə səsləndirilən təkliflər qeydə alınıb, fermerlərə nazirliyin müvafiq struktur bölmələri ilə əməkdaşlıq etmək tövsiyə olunub.
Məcnun Məmmədov həmçinin Qax rayonunda fəaliyyət göstərən “Ulu Agro” MMC-nin Qax Aqroparkında yeni soyuducu anbarın inşası ilə tanış olub, aqroparkda dənli və dənli paxlalı bitkilərin istehsal göstəriciləri ilə maraqlanıb, yeni salınan bağlara baş çəkib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
"Holcim Azərbaycan" sement satışından gəlirini və mənfəətini açıqladı
-
6 saat əvvəl
Laçın Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradılır
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Hazırda 2-ci fond üzərində də düşünürük, məqsədimiz beynəlxalq səviyyədə tanınan fond yaratmaqdır"
-
7 saat əvvəl
"40 milyon dollarlıq kapital cəlb etmiş tacikistanlı bir startapa yatırım etmişik"
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
100 milyard dollar kapitalı olan bank Azərbaycan üzrə uzunmüddətli investisiya proqramı hazırlayacaq
-
8 saat əvvəl
Azərbaycan şirkətinin 3-cü “Boeing 777” yük təyyarəsi Bakıya gəlib
-
9 saat əvvəl
Putin Rusiyanın Avropaya hücum planı ilə bağlı iddialara aydınlıq gətirib
-
10 saat əvvəl
Faiz xərclərinin artması FINCA Azerbaijan"ın mənfəətini "vurdu"
Son Xəbərlər

"Supertoys" şirkəti Bölgə müdiri təyin edib

Azərbaycan və Maldiv viza prosedurunun sadələşdirilməsini müzakirə edib - Əliyev Maldivə səfərə gedəcək

Azərbaycan şirkətinin 3-cü “Boeing 777” yük təyyarəsi Bakıya gəlib

Faiz xərclərinin artması FINCA Azerbaijan"ın mənfəətini "vurdu"

Azərbaycan ilk dəfə olaraq Özbəkistana elektrod ixracına başlayıb

"FİNCA Azərbaycan"ın işçilərinin sayı azalır

akart 2 beynəlxalq mükafata layiq görüldü

SOCAR Çin şirkətilə saziş imzalayıb

Əmanətinizə illik 10.5% artım – EXPRESSBANKDA

Dövlət Gömrük Komitəsi büdcə planına tam əməl edə bilməyib
.jpg)