Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Meyvə bağı salanlara dövlət yardımının yeni məbləğləri açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Meyvə bağı salanlara dövlət yardımının yeni məbləğləri açıqlandı
iç səhifə xəbər şəkil altı-3 (mobil)_32

Aqrar Subsidiya Şurasının qərarına əsasən meyvəçilik sahəsində dəstək artaraq davam edir.

Şuradan Marja.az-a verilən məlumata görə, intensiv meyvə bağlarına damcı suvarma sistemi ilə təmin olunmuş aşağıdakı bağlar aid edilir:

- alma, armud, gilas, albalı, gavalı, şaftalı (nektarin), ərik və alça bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;

- xurma və nar bitkiləri üzrə 1 hektara minimum 450 ədəd tingin əkildiyi bağlar;

- limon, kinkan, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar;

- fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar;

- badam bitkisi üzrə 1 hektara minimum 278 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;

- qoz bitkisi üzrə 1 hektara minimum 238 ədəd tingin əkildiyi bağlar;

- əzgil, zoğal, iydə, əncir, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar.

Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib.

Aqrar Subsidiya Şurasının qərarına əsasən 2024-cü ilin sentyabrın 1-dən dekabrın 31-dək:

- İntensiv fındıq bağlarının hər hektarına görə 4400 manat;

- İntensiv nar bağlarının hər hektarına görə 3000 manat;

- İntensiv zeytun bağlarının hər hektarına görə 5600 manat məbləğində əkin subsidiyası veriləcək.

Aqrar Subsidiya Şurasının qərarına əsasən 2025-ci ilin yanvarın 1-dən mayın 31-dək:

- Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında və Xocavənd rayonunda bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi azı 1 hektar olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi (ocağın olduğu) intensiv fındıq bağlarının hər hektarına görə 4400 manat;

- Qarabağ, Şərqi Zəngəzur, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan, Gəncə-Daşkəsən və Dağlıq Şirvan iqtisadi rayonlarında hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 3,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi azı 3 hektar olan və 1 hektara minimum 650 ədəd tingin əkildiyi intensiv nar bağlarının hər hektarına görə 3000 manat;

- Abşeron-Xızı, Qarabağ, Mil-Muğan, Mərkəzi Aran, Şirvan-Salyan və Şərqi Zəngəzur iqtisadi rayonlarında dəniz səviyyəsindən 150 metrdən yuxarı olmayan ərazilərdə hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 3,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə azı 15 hektar sahədə salınan və 1 hektara minimum 1650 ədəd tingin əkildiyi intensiv zeytun bağlarının hər hektarına görə 5600 manat məbləğində əkin subsidiyası veriləcək.

Zeytun bağının salınmasına görə əkin subsidiyasının verilməsi üçün minimum sahənin növbəti (2025-2026) təsərrüfat ilində 50 hektar müəyyən edilməsi nəzərdə tutulur. Cari təsərrüfat ilində bu hədd 15 hektardır.

Aqrar Subsidiya Şurasının qərarına əsasən,

- 2024-2025-ci il təsərrüfat ilində dəstəklənən bitkilər siyahısına nar, zeytun, fındıq, şabalıd, portağal, limon, kinkan, narıngi, şaftalı (nektarin), ərik, kivi, üzüm, çay, moruq bitkiləri ilə yanaşı, yeni bitkilər (qoz, alma, armud, gilas, püstə, xurma (xirnik), badam, qarağat, böyürtkən, qaragilə (mavigilə) də əlavə edilib.

Aqrar Subsidiya Şurasının qərarına əsasən 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək:

- Quba-Xaçmaz iqtisadi rayonu istisna olmaqla digər rayonlarda hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində torpağın elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan torpaqlarda süfrə üzüm sortlarından və Qarabağ, Şərqi Zəngəzur, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Dağlıq Şirvan və Qazax-Tovuz iqtisadi rayonlarında texniki üzüm sortlarından olan tinglərin bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə əkilən, sahəsi azı 2 hektar olan və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sığortalanan üzüm bağlarının hər hektarına görə 8000 manat;

- Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan və Qarabağ iqtisadi rayonlarında dəniz səviyyəsindən 50 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və cəmi sahəsi ən azı 3 hektar olan intensiv şaftalı (nektarin) və ərik bağlarının hər hektarına görə 4000 manat əkin subsidiyası veriləcək.

- Abşeron-Xızı, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında dəniz səviyyəsindən 150 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində torpağın elektrik keçiriciliyi göstəricisi 3,0 dS/m-dən az olan torpaqlarda 1 hektara minimum 400 ədəd tingin əkildiyi intensiv püstə bağlarının hər hektarına görə 4500 manat əkin subsidiyası veriləcək.

- Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan və Qarabağ iqtisadi rayonlarında dəniz səviyyəsindən 250 metrdən yuxarı olan ərazilərdə bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan, sahəsi azı 3 hektar olan və 1 hektara minimum 2450 ədəd sertifikatlı tingin əkildiyi intensiv armud bağlarının hər hektarına görə 8000 manat əkin subsidiyası veriləcək.

- Quba-Xaçmaz, Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonlarında və Lerik rayonunda bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan, sahəsi azı 2 hektar olan və 1 hektara minimum 2450 ədəd sertifikatlı tingin əkildiyi intensiv alma bağlarının hər hektarına görə 11000 manat əkin subsidiyası veriləcək.

- Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dəniz səviyyəsindən 700 metrdən aşağı olmayan ərazilərdə bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi ilə salınan, sahəsi azı 2 hektar olan və 1 hektara minimum 1150 ədəd sertifikatlı tingin əkildiyi intensiv gilas bağlarının hər hektarına görə 10000 manat əkin subsidiyası veriləcək.

- Şəki-Zaqatala, Mərkəzi Aran, Gəncə-Daşkəsən, Qazax-Tovuz və Qarabağ iqtisadi rayonlarında hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi azı 2 hektar olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi intensiv xurma (xirnik) bağlarının hər hektarına görə 3000 manat əkin subsidiyası veriləcək.

-Abşeron-Xızı, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında dəniz səviyyəsindən 200 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində torpağın elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi azı 5 hektar olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi intensiv badam bağlarının hər hektarına görə 3500 manat əkin subsidiyası veriləcək.

- Qarabağ, Şərqi Zəngəzur, Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Dağlıq Şirvan və Qazax-Tovuz iqtisadi rayonlarında dəniz səviyyəsindən 200 metrdən yuxarı olan ərazilərdə bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi ən azı 5 hektar olan və 1 hektara minimum 250 ədəd sertifikatlı tingin əkildiyi intensiv qoz bağlarının hər hektarına görə 3300 manat əkin subsidiyası veriləcək.

- Yağış yağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunmuş və 1 hektara minimum 20000 ədəd sertifikatlı tingin əkildiyi çay plantasiyalarının hər hektarına görə 12000 manat məbləğində əkin subsidiyası veriləcək.

- Qeyd edilən bağlara (püstə bağları istisna olmaqla) və çay plantasiyalarına görə əkin subsidiyasının alınması üçün bu bağların “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığorta edilməsi tələb olunur.

-Bağın salınmasına görə əkin subsidiyasının alınması üçün bağların salınmasıda istifadə edilən tinglər fitosanitar cəhətdən reqlamentdə qeyd olunmuş zərərli orqanizmlərdən azad olmalıdır.

Aqrar Subsidiya Şurasının qərarına əsasən 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək:

-Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran-Astara iqtisadi rayonlarında salınan və 1 hektara minimum 3400 ədəd tingin əkildiyi damcı suvarma sistemi ilə təmin olunmuş qaragilə (mavigilə) bağlarına 15000 manat məbləğində əkin subsidiyası veriləcək.

Aqrar Subsidiya Şurasının qərarına əsasən 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan:

- intensiv kinkan bağlarının hər hektarına görə 11600 manat;

- şabalıd bağlarının hər hektarına görə 800 manat;

- damcı suvarma sistemi ilə təmin olunmuş və 1 hektara ən azı 650 tingin əkildiyi kivi bağlarının hər hektarına görə 9600 manat;

- damcı suvarma sistemi ilə təmin olunmuş və 1 hektara ən azı 4700 tingin əkildiyi moruq bağlarının hər hektarına görə 3200 manat;

- damcı suvarma sistemi ilə təmin olunmuş və 1 hektara ən azı 3300 tingin əkildiyi qarağat və böyürtkən bağlarının hər hektarına görə 3200 manat məbləğində əkin subsidiyası ödəniləcək.

meyvə subsidiya məbləğ əkin subsidiyası
03.09.2024 12:30

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ