NEQSOL Holding-in COP29-da uğurlu iştirakı haqqında
(®) COP29 bütün dünya ictimaiyyəti, eləcə də qlobal sammitin Sinerji Tərəfdaşı olan NEQSOL Holding üçün müstəsna əhəmiyyətə malik olub.
Bu tərəfdaşlıq NEQSOL Holding-ə dünya liderləri ilə əlaqələrin genişləndirilməsi, bilik-təcrübə mübadiləsi və innovativ həllərin müzakirəsi üçün unikal platforma təqdim edib ki, bu da holdinq və onun tərkibindəki şirkətlər – Nobel Energy, Norm, Bakcell, Azerconnect Group və s. üçün iqlim dəyişikliyi ilə mübarizə təşəbbüslərinə töhfə vermək imkanlarını gücləndirib.
COP29-da NEQSOL Holding 20-yə yaxın müxtəlif tədbirlər, həmçinin panel müzakirələr və təqdimatlar, təşkil edib. Bu tədbirlərdə 60-dan çox məruzəçi və moderator, eləcə də 700-dən çox dinləyici iştirak edib. COP29 Yaşıl Zonasında NEQSOL Holding pavilyonu yüzlərlə ziyarətçi ilə qarşılıqlı əlaqə, görüş və müzakirələrin mərkəzinə çevrilib.
Panel sessiyaları geniş sahələri əhatə edib: Azərbaycanda sement və beton sənayesi üçün Xalis Sıfır (Net Zero) yol xəritəsi; Bərpa olunan enerji layihələri; Təmiz enerji və karbon tutma texnologiyaları; Dayanıqlı icmaların inkişafında rəqəmsal platformaların rolu; Rəqəmsal gələcək üçün bacarıqların inkişafı; Təhsil və təqaüd təşəbbüsləri vasitəsilə dayanıqlı icmaların inkişafı; Dayanıqlı inkişaf üçün liderlik bacarıqlarının inkişafı; İqlim və sağlamlıq: dayanıqlı cəmiyyətlərin inkişafında sosial məsuliyyət tərəfdaşlıqlarının rolu; Neyromüxtəliflik; ESG (ekoloji, sosial və korporativ idarəetmə) və risklərin idarə edilməsi; Biznes etikası, dürüstlük və ətraf mühit; Dayanıqlı satınalma; İnnovasiya və süni intellekt vasitəsilə dayanıqlılıq; və s.
"COP29-da iştirakımız NEQSOL Holding-in dayanıqlı inkişafa və iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyinin göstəricisidir. Hədəflərimiz istiqamətində holdinq və şirkətlərimiz tərəfindən müxtəlif böyük layihələr və işlər həyata keçirilir, həmçinin Nobel Energy-nin günəş enerjisi sahəsində layihələri, Audubon Companies tərəfindən təmiz enerji və karbon tutma texnologiyaları, Norm şirkətinin Net Zero Accelerator layihəsində iştirakı, telekommunikasiya qrupumuzun qlobal rəqəmsal kommunikasiya layihəsi və digər təşəbbüslər”, - NEQSOL Holding-in Baş Direktoru Yusif Cabbarov qeyd edib.
NEQSOL Holding telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahəsində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 54 d. sonra
-
8 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
15 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 26 d. əvvəl
-
37 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 48 d. əvvəl
-
59 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir


























