“Baku Flames” regionun yaradıcılıq səhnəsini işıqlandırmağa gəlir! – FOTO/VİDEO
(®) “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” ilə regionda yaradıcılıq və effektivlik sahəsində yeni bir dövr başlayır.
2025-ci ilin 2-3 may tarixlərində “Jolly Joker Baku”da baş tutacaq festival Azərbaycanın ən mühüm yaradıcılıq tədbiri olmaqla yanaşı, regiondakı kreativ sənayeni yüksəltmək, rəqabəti artırmaq və bu sahələrdəki istedadları tanıtmaq məqsədi daşıyır.
İnteraktiv təlimlər və sessiyalar, panel müzakirələri və netvörkinq imkanlarını özündə birləşdirən proqram sayəsində festival Azərbaycanın və dünyanın müxtəlif yerlərindən gəlmiş yaradıcı mütəxəssisləri, marketinq liderlərini və yeni istedadları bir araya gətirəcək. 2 gün davam edəcək festivalın proqramı isə aşağıdakı kimidir:
- Regionun və dünyanın tanınmış yaradıcı mütəxəssisləri ilə panel müzakirələri;
- Əyləncəli oyunlar, “happy hour” seansları və netvörkinq üçün imkanlar;
- “Young Lions Azerbaijan” müsabiqəsinin qaliblərinin mükafatlandırılması və gənc istedadların tanıtımı;
- Dünya miqyasında tanınmış spiker və marketinq liderlərinin təqdimatında ilhamlandırıcı çıxışlar;
- Festivalın ən önəmli hadisəsi — “Baku Flames Mükafatlandırma Mərasimi”ndə yaradıcı və effektiv işlərin mükafatlandırılması.
Festivalın önəmli və gözlənilən hadisələrindən biri də, şübhəsiz, “Baku Flames Mükafatlandırma Mərasimi”dir. Bu möhtəşəm tədbir festivalın ikinci günündə ən yaradıcı, innovativ və effektiv kampaniyaları, eləcə də fərqli ideyaları və istedadları təltif edəcək. Kateqoriyalar üzrə namizədlər beynəlxalq münsif heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər festivalın 2-ci günündə elan olunacaq. Qeyd edək ki, erkən müraciət mərhələsi yanvar ayının sonunda açıq elan ediləcək və həmin tarixdən etibarən festival biletləri də www.bakuflames.az ünvanında satışa təqdim olunacaq.
“Baku Flames” yalnız festival deyil, həm də yaradıcılığın inkişaf etdirilməsi üçün platformadır. “Əsas missiyalarımızdan biri regionumuzda parlayan istedadların ehtiyacı olduğu səhnə imkanını yaratmaqdır. Özümüzə və gənc istedadlara dəyər verdiyimiz zaman yüksələcəyik. Bundan əlavə, festivalın seçim meyarları və strukturu son dərəcə dəqiq və detallı hazırlanıb, bu isə onu regionda daha xüsusi edir”, — deyə festivalın təşkilatçılarından Orxan Kərimov qeyd edib. Orxan Kərimov regionda və beynəlxalq festivallarda 10 ildən çox təcrübəyə malikdir.
Qeyd etdiyimiz kimi, festival çərçivəsində tanınmış mütəxəssislərin təqdimatları, panel müzakirələri və interaktiv sessiyaları baş tutacaq. Hələ ki, festivalda iştirakı təsdiqlənən şəxslər arasında “MENAP Impact BBDO”nun Baş kreativ direktoru Ali Rez və “Publicis Groupe” şirkətinin Hollandiya və Belçika üzrə Baş kreativ direktoru Eduardo Marques yer alır. Spikerlərin siyahısı və festivalın ətraflı proqramı “Baku Flames”in sosial media kanalları və veb-saytı vasitəsilə açıqlanacaq.
Festival yaradıcı mütəxəssisləri, agentlikləri, markaları və marketoloqları, ən əsası isə gənc istedadları bu tədbirdə iştirak etməyə dəvət edir. Təxminən 1500 iştirakçının qatılacağı “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” regionun ideya, əməkdaşlıq və ilham mənbəyi olmağa hazırlaşır.
Bu əhəmiyyətli tədbirin bir hissəsi olmaq istəyirsinizsə, aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz.
Ətraflı məlumat və əlaqə üçün:
+994 55 703 11 20
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 53 d. sonra
-
9 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
16 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 27 d. əvvəl
-
38 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 49 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir


























