İntel-in gəliri azalıb, zərər edib
ABŞ-ın çip istehsalçısı Intel-in gəliri keçən ilin son rübündə əvvəlki illə müqayisədə 7 faiz azalsa da, gözləntiləri üstələyib. Intel şirkəti, maliyyə hesabatlarına görə, 2023-cü ildəki 1 milyard 689 milyon dollar xalis mənfəətə qarşı, keçən il 18 milyard 756 milyon dollar xalis zərər edib.
ABŞ-ın çip istehsalçısı Intel 2024-cü ilin oktyabr-dekabr dövrü üzrə balans hesabatını açıqlayıb.
Marja xəbər verir ki, şirkətin gəliri ötən ilin dördüncü rübündə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7% azalaraq 14,3 milyard dollar olub. Şirkət 2023-cü ilin eyni dövründə 15,4 milyard dollar gəlir əldə etmişdi.
Intel-in bu dövrdəki gəliri aşağı olsa da, 13,8 milyard dollarlıq bazar proqnozunu üstələyib.
2023-cü ilin son rübündə təxminən 2,7 milyard dollar xalis mənfəət açıqlayan Intel, 2024-cü ilin eyni dövründə təxminən 126 milyon dollar zərər etdiyini bildirib.
Çip istehsalçısının eyni dövrdə səhmbaşına zərəri 3 sent olub. Intel, ötən ilin son rübündə səhmbaşına 63 sent qazanc əldə etdiyini bildirmişdi.
Intel-in 2024-cü il ərzində cəmi gəliri də illik müqayisədə 2 faiz azalaraq 53,1 milyard dollar olub. Şirkətin ötən il cəmi zərəri 18,8 milyard dollar təşkil eidb.
Intel öz mənfəət hesabatında bu ilin birinci rübündə 11,7 milyard dollardan 12,7 milyard dollara qədər gəlirlə, səhmbaşına 27 sent zərər gözlədiyini bildirib.
Şirkətin müvəqqəti baş icraçı direktoru Michelle Johnston Holthaus bildirib ki, ötən ilin son rübü müsbət olub, gəlir və marja gözləntiləri üstələyib.
“Məhsul portfelimizin gücləndirilməsinə və sadələşdirilməsinə diqqət yetirməyimiz və yol xəritəmizdə davamlı irəliləyiş bizi müştərilərimizin ehtiyaclarına daha yaxşı xidmət etmək üçün mövqeləndirir”- Johnston Holthaus deyib.
Intel-in Baş Maliyyə Direktoru David Zinsner də şirkətin istiqamətini yaxşılaşdırmaq üçün keçən il elan etdikləri xərclərin azaldılması planının öz təsirini göstərdiyini vurğulayıb.
Yatırdıqları kapitaldan daha çox gəlir əldə etməyə və gəlirliliyi artırmağa çalışdıqlarını qeyd edən Zinsner, bu ilin ilk rübünə dair gözləntilərin makro qeyri-müəyyənlikləri əks etdirdiyini qeyd edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 13 saat sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
3 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
