“Tegeta” şirkəti “Bridgestone” brendinin Azərbaycanda rəsmi təmsilçisidir
Bakıda “Tegeta” - “Bridgestone” əməkdaşlığının təqdimatı keçirilib.(®) Bu il Gürcüstan şirkəti qlobal brendin regionda rəsmi distribyutoru olub.
“Bridgestone” brendinin Azərbaycanda rəsmi təchizatçısı olan “Tegeta” şirkəti Yaponiya brendinin minik avtomobilləri, yük maşınları və xüsusi texnikalar üçün şinlərini təklif edir. Tərəflər arasında bağlanmış müqavilə yanvar ayında qüvvəyə minib.
Bakıda baş tutan tədbirdə tərəfdaşlar və müştərilər üçün “Tegeta” - “Bridgestone” əməkdaşlığının təqdimatı keçirilib. Paytaxtın “Four Seasons” hotelində baş tutan təqdimat mərasimində yerli hakimiyyət orqanlarının nümayəndələri, biznes rəhbərləri, iri şirkətlər, eləcə də “Tegeta” və “Bridgestone” şirkətlərinin nümayəndə heyətləri iştirak ediblər. Tədbirə həmçinin Yaponiya və Gürcüstanın Azərbaycandakı səfirləri də təşrif buyurublar.

“Tegeta Holding”in baş icraçı direktoru Yekaterina Kavtaradze deyib: “Azərbaycandakı avtomobil sahibləri üçün “Bridgestone” brendinin premium keyfiyyətli şinlərinin tədarükünə başladığımızı elan etməkdən məmnunluq və qürur duyuruq. “Bridgestone” Qafqaz regionunda pionerdir və 26 illik tərəfdaşlığımız sayəsində qonşu ölkələrdə onların distribütoru kimi çıxış etmək şərəfinə nail olmuşuq.
Təqdimat zamanı biz tərəfdaşlarımıza və müştərilərimizə gələcək imkanlar və planlar barədə məlumat verdik. “Tegeta” yüksək keyfiyyətli və etibarlı məhsullara çıxışı təmin etməklə öz biznesini genişləndirməyə və regionda avtomobil sənayesinin inkişafına töhfə verməyə çalışır. Məqsədimiz bu sahədə 30 illik təcrübəyə malik bir şirkət olaraq, avtomobil sənayesində etibarlı tərəfdaş kimi mövqeyimizi gücləndirməkdir”.
Bakıda keçirilən tədbirdə 150 iştirakçı “Tegeta Motors Baku”nun “Bridgestone” ilə əməkdaşlıq çərçivəsində təklif etdiyi xidmətlər haqqında məlumat əldə edib.


“Bridgestone” şirkətinin Yaxın Şərq, MDB və PAF regionları üzrə direktoru Samuel Massard bildirib: “Tegeta” ilə tərəfdaşlığın genişləndirilməsi “Bridgestone” brendinin premium keyfiyyətli şinlərinin Azərbaycanda təşviqi baxımından mühüm addımdır. Bu isə keyfiyyət, təhlükəsizlik və innovasiyalara sadiqliyimizin Qafqaz regionunda daha çox müştərini əhatə etməsinə kömək edir. Bu 26 illik tərəfdaşlıq bizim regionda inkişafa təkan vermək və üstün avtomobil həllərini təqdim etmək üçün birgə öhdəliyimizi vurğulayır”.
10 ilə yaxındır ki, Bakıda fəaliyyət göstərən “Tegeta Motors” şirkəti pərakəndə, korporativ və topdansatış sektorlarında kompleks avtomobil xidmətləri və geniş çeşiddə məhsullar təqdim edir. “Tegeta Motors” bu il Azərbaycanda 100000 ədəd “Bridgestone” şini satmağı planlaşdırır və öz filial şəbəkəsini tədricən genişləndirmək niyyətindədir.

“Tegeta Motors Baku”nun direktoru Aleksandr Beroşvili bildirib: “Bugünkü tədbir Gürcüstan və Azərbaycanın işgüzar dairələri arasında artan əməkdaşlığın göstəricisidir. Bakıda ilk nümayəndəliyi 2017-ci ildə açılılan “Tegeta Motors” hazırda yüksək keyfiyyətli avtomobil xidmətləri və məhsulları təklif edir. Strateji tərəfdaşımız sayəsində biz artıq minik avtomobilləri, yük maşınları və xüsusi texnikalar üçün “Bridgestone” şinlərini təklif edə bilirik. Hədəf müştərilərimiz pərakəndə və topdansatış müştəriləri, həmçinin dağ-mədən sənayesi və logistika şirkətləridir. Şin satışı ilə yanaşı, biz şinlərin quraşdırılması və zəmanət xidməti göstəririk. Yük maşınları üçün zəmanət yürüşdən asılı olaraq dəyişir. Biz təchizat zəncirimizi genişləndirməyə, həmçinin xidmətlərimizi daha əlçatan və adaptiv etməyə çalışırıq”.
“Bridgestone” və “Tegeta” şirkətləri arasında ilk müqavilə 1998-ci ildə imzalanıb və ilkin sifariş cəmi 500 şin təşkil edib. “Bridgestone” brendi ilə əməkdaşlıq çərçivəsində Gürcüstanda qış şinlərinin istifadəsi tətbiq edilib ki, bu da ölkədə yol təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verib.
“Bridgestone” 150-dən çox ölkədə fəaliyyət göstərir və illik 30 milyard ABŞ dolları gəlir əldə edir. Bölgədəki əməliyyatların böyük hissəsi “Tegeta” şirkəti ilə tərəfdaşlıq sayəsində həyata keçirilir.
“Tegeta” dünya miqyaslı “Bridgestone” brendinin etibarlı tərəfdaşıdır və regional avtomobil sənayesində lider mövqe tutur.
Təqdimatdan video: https://www.youtube.com/watch?v=9bxwQkFFxnk
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
12 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
13 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib





















