Düyüdən 50 min manat qazanan fermer
Hazırda Ağdaş rayonunun 59 kəndində 2 min 454 hektar çətlik sahəsi mövcuddur. Bu da ötən illə müqayisədə 2 dəfə çoxdur.
Bunu Ağdaşın Gürcuva kənd sakini, çəltikçiliklə məşğul olan fermer Məhəmməd Şirinzadə deyib.
Fermer bildirib ki, dövlət dəstəyindən bəhrələnən fermerlər və fərdi təsərrüfat sahibləri bu il əkin sahələrinin genişləndirilməsi ilə yanaşı məhsuldarlığın da iki dəfə artmasına nail olublar. Belə ki, hazırda rayonda çəltik yığımı davam edir və hər hektar sahədə məhsuldarlıq 30-35 sentinetdir. Ötən il isə çəltik sahələrində məhsuldarlıq 18,2 sentiner olub.
“Mülkiyyətimdə olan pay torpağında, eləcə də icarəyə götürdüyüm torpaq sahəsində ötənildəkindən 3 dəfə çox, yəni 60 hektar sahədə çəltik əkmişəm. Keçən il 20 hektar sahədən 36 ton çəltik topladım, yerli dəyirmanda istehsal etdiyim düyünü sərfəli qiymətə satmaqla 50 min manat gəlir əldə etdim. Dövlət qayğısından sonra mənim bu gəlirli sahəyə marağım daha da artıb. Dövlət tərəfindən bir hektar çəltik əkininə görə 90 manat subsidiya alıram. Gələn il 100 hektar sahədə çəltik yetişdirməyi qarşıma məqsəd qoymuşam.
Ağdaşda çəltikçiliyi inkişaf etdirməklə həm istifadəsiz qalan şoran torpaqların yuyularaq saflaşmasına, həm iqtisadi gəlirlərin artmasına, insanların ekoloji cəhətdən təmiz və sağlamlığımız üçün faydalı olan yerli düyü ilə qidalanmağa, həm də yeni iş yerlərinin açılmasına tövhə vermiş oluruq. Mən 60 hektar sahədə çəltiyin əkilməsi, becərilməsi və biçilməsi prosesinə 50-ə yaxın yerli sakin cəlb etmişəm.
Bildiyimiz ki, şoran torpaqlarda çəltikdən başqa heç bir bitki bitmir. Əgər Ağdaşın minlərlə hektar istifadəsiz qalmış şoran torpaqları çəltik əkininə cəlb edilərsə həm milyonlarla manat vəsait qazanmaq olar, həm də ixracdan asılılıq azalar, ölkə əhalisi yerli düyü ilə təmin edilər. Çəltik bol su olan ərazilərdə yaxşı yetişir. Hazırda rayonun 3 istiqamətində boş qalan şoran torpaqların çəltik əkininə cəlb edilməsi üçün su xətləri çəkilir. Çəltik əkilən torpaqlar getdikcə şorandan yuyularaq saflaşır və digər bitkilərin əkini üçün səmərəli olur”.
Fermer Lənkəranda keçirilən müşavirənin əhəmiyyətini çox yüksək qiymətləndirərək bildirib:
“Müşavirədə ölkə başçısının aidiyyati qurumların rəhbərlərinə verdiyi göstərişlər çəltikçiliyi inkişaf etdirməyimiz üçün lazımı köməkliklərin göstərilməsinə şərait yaradır. Biz də Ağdaşda çəltikçiliyin inkişafı üçün bütün gücümüzü sərf edəcəyik. İstəyərəm ki, Ağdaşda çəltiyin qurudulması üçün meydançalar, çəltik emalı və düyü istehsalı müəssisəsi, məhsulun saxlanılması anbarları inşa edilsin. Bu rayonda həm yeni iş yerlərinin açılmasına, həm də çəltik sahələrinin daha da genişləndirilməsinə təkan verər”.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
5 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
6 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda






















