Neftin qiymətinin uzun müddət 80 dollara çatmayacağı proqnozlaşdırılır
Qlobal neft bazarlarında müşahidə edilən təklif artımlarına uyğunlaşmaqda çətinlik çəkən tələb səbəbiylə aprelin ilk həftəsini 9 faizdən çox ucuzlaşma ilə bağlayan Brent markalı neftin barel qiymətinin uzun müddət 80 dollara çatmayacağı düşünülür.ABŞ prezidenti Donald Trampın aprelin 2-də idxala gömrük rüsumları tətbiq edən sərəncam imzalamasından sonra qlobal ticarət müharibələrinin dərinləşəcəyi və neftə tələbi azaldacağına dair gözləntilər güclənib.
Marja xəbər verir ki, Trampın “qurtuluş günü” olaraq xarakterizə etdiyi açıqlamasından sonra, Brent markalı neftin qiyməti tələb ilə bağlı narahatlıqlara görə eyni gündə təxminən 1 faiz düşərək 73,64 dollar/bareldə bağlandı, Qərbi Texas markalı (WTI) xam neft isə 0,6 faiz azalaraq 70,48 dollar/barel oldu.
Daha sonra Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupunun hasilatı mərhələli şəkildə artırmaq qərarına sadiq qalacaqlarını açıqlaması da, tələbin azalması ilə yanaşı, təklifin artıqlığı ilə bağlı narahatlıqları gücləndirərək qiymətlərə əlavə təzyiq yaratdı.
OPEC+ qrupu aprelin 1-dən etibarən gündəlik 2,2 milyon barellik könüllü hasilat azaldılmasını mərhələli şəkildə dayandıracaqlarını və aprelin 3-də may ayında hasilatı gündəlik 411 min barrel artıracaqlarını elan etdikdən sonra, Brent markalı neft eyni gündə 5,6 faizdən çox dəyər itirərək 66,33 dollara düşdü. Bu, oktyabrın 26-dan bu yana ən böyük gündəlik ucuzlaşma idi.
Bu narahatlıqlara əlavə olaraq, aprelin 4-də Çinin ABŞ-dan idxal etdiyi bütün məhsullara əlavə 34 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlaması da mümkün qlobal “ticarət müharibəsi” riskini gücləndirərək, neftin qiymətinin 2021-ci ilin avqustundan bəri ilk dəfə 65 dollardan aşağı düşərək 63,85 dollaradək enməsinə səbəb oldu.
Brent markalı neft həmin günü təxminən 6 faiz ucuzlaşaraq 65,74 dollara, WTI isə 6 faizdən çox ucuzlaşaraq 62,10 dollara düşdü. Beləliklə, Brent markalı neft aprelin ilk həftəsində 9,2 faiz dəyər itirərək 65,74 dollara gerilədi və 2021-ci ilin avqustundan bəri ən aşağı həftəlik bağlanışını qeydə alındı.
“Qiymətlər uzun müddət 80 dollara qayıtmayacaq”
Londonda yerləşən enerji informasiya şirkəti "Energy Intelligence Group"un Neft bazarları iqtisadçısı Julien Mathonniere açıqlamasında qlobal neft tələbinin uzun müddət aşağı qalacağını və qiymətlərin uzun müddət 80 dollar səviyyəsinə qayıtmayacağını bildirib.
Mathonniere, Tramp və OPEC+ qrupunun verdiyi qərarların neft tələbini pisləşdirəcəyinə diqqət çəkərək, "OPEC+ qrupu bazara həddindən artıq tədarük etməyə davam edərkən, qlobal ticarət müharibələrinin yaratdığı iqtisadi qeyri-müəyyənliklər səbəbiylə tələbin əhəmiyyətli dərəcədə artacağını gözləmirəm. Bu səbəbdən neft qiymətlərinin hər an bir barel üçün 80 dollara dönəcəyini gözləmək çətindir",- deyib.
Bu səbəbdən neft qiymətlərindəki enişin davam edəcəyinin gözlənildiyini bildirən Mathonniere sözlərini belə davam etdirib:
"Struktur iqtisadi problemlər, xüsusən də dünyanın ən böyük tələb mərkəzlərindən biri olan Çində davam edir. Üstəlik, Pekinin ABŞ-la böyük ticarət profisiti var və bu, onu ABŞ-ın tarif qərarları üçün birbaşa hədəfə çevirir. Hətta neftə tələbatı sürətlə artan Hindistan da mümkün qlobal ticarət müharibəsinin dağıdıcı iqtisadi təsirlərini görməməzliyə vura bilməz. Digər tərəfdən, ABŞ iqtisadiyyatı da vergi ödəyicilərinin yavaşlaması riski ilə üzləşəcək".
“Trampın proteksionist ticarət siyasəti onun ixracı artırmaq məqsədlərinə uyğun gəlmir”
Mathonniere ABŞ administrasiyasının milli təhlükəsizlik siyasətini tariflərlə əlaqələndirməsinin qlobal “ticarət müharibələri”nə səbəb olduğunu və bu vəziyyətin Trampın ixracı artırmaq məqsədlərinə zidd olduğunu bildirib.
Trampın siyasətlərinin qlobal miqyasda "rəqabət qabiliyyətli devalvasiya riskini" artırdığını izah edən Mathonniere, "Ölkələr ABŞ-ın tətbiq etdiyi tariflərə baxmayaraq ixracatlarını rəqabətədavamlı saxlamaq üçün pul vahidlərini bilərəkdən ucuzlaşdıra bilər. Belə olan halda ABŞ malları digər ölkələr üçün bahalaşır və ABŞ-ın istəklərinin əksinə olaraq, ABŞ-ın ixracatını çətinləşdirir", -deyib.
Mathonniere investorların bu prosesdə ABŞ dollarını izləməli olduğunu bildirərək, dolların digər valyutalar qarşısında zəifləyəcəyi təqdirdə neftə tələbatın da arta biləcəyini vurğulayıb.
Trampın qarşıdakı 6-8 ayda dolların dəyərini azaltmaq üçün addımlar ata biləcəyini açıqlayan Mathonniere, bunun ölkədə resessiya təhlükəsi yaradacağını və ABŞ Mərkəzi Bankını (FED) vəziyyətə müdaxilə etməyə məcbur edəcəyini bildirib.
Mathonniere ABŞ-ın İrana qarşı addımlarına da diqqət yetirilməsi lazım olduğunu qeyd edərək, "ABŞ-ın İrana hərbi hücumu neftin qiymətini bir barel üçün 5 dollar artıra bilər, lakin riskdən qaynaqlanan qiymət artımı gözləniləndən daha tez düşməyə meyllidir",- deyib.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 1 gün sonra
-
17 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
17 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
18 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
18 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 18 saat əvvəl
-
18 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
19 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton
























