"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vurub

"AFB Bank" ASC 2025-ci ilin 1-ci rübünü (yanvar - mart) 2 milyon 322 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin 1-ci rübünü 458 min manat xalis zərər ilə bağlamışdı.
Marja.az xəbər verir ki, "AFB Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2024-cü ilin ilk rübündə 8 milyon 90 min manat ikən, 2025-ci ilin ilk rübündə 7 milyon 835 min manat təşkil edib (255 min manat və ya 3,2% azalıb).
"AFB Bank"ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2024-cü ilin ilk rübündə 5 milyon 668 min manat ikən, 2025-ci ilin ilk rübündə 6 milyon 747 min manat təşkil edib (1 milyon 79 min manat və ya 19% artıb).
Göründüyü kimi, 2025-ci ilin ilk rübündə "AFB Bank"ın əməliyyat gəlirlərinin 255 min manat azalmasına qarşılıq, əməliyyat xərcləri 1 milyon 79 min manat artıb.
2025-ci ilin 1-ci rübündə 1 milyon 88 min manat əməliyyat mənfəətindən əlavə, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 1 milyon 234 min manatı mənfəətə əlavə edilib və "AFB Bank" ilk rübü 2 milyon 322 min manat xalis mənfəət ilə bağlayıb. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan vəsaitin qayıtması Bankın gözlədiyi zərərin azaldığına işarədir.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk rübündə "AFB Bank" 2 milyon 422 min manat əməliyyat mənfəəti əldə etməsinə baxmayaraq, 2 milyon 879 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığı üçün həmin dövürü 458 min manat zərər ilə bağlamışdı.
BANK BÖYÜYÜB
2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin ilk rübündə "AFB Bank"ın cəmi aktivləri 4 milyon 417 min manat artaraq 31 mart 2025-ci il tarixində 299 milyon 585 min manata çatıb. O cümlədən Bankın kredit portfeli 3 milyon 749,6 min manat artaraq 186 milyon 841 min manata yükəlib.
2024-cü ilin sonu ilə müqayisədə "AFB Bank"ın istehlak kreditləri portfeli 1 milyon 250 min manat artaraq 23 milyon 13 min manata, biznes kreditləri portfeli 3 milyon 876 min manat artaraq 93 milyon 932 min manata qalxıb, ipoteka kreditləri portfeli isə 1 milyon 377 min manat azalaraq 69 milyon 896 min manata düşüb.
İlk rübdə "AFB Bank"da hüquqi şəxslərin (şirkətlərin) depozitləri 8 milyon 712 min manat artaraq 31 mart 2025-ci il tarixində 81 milyon 587 min manat təşkil edib.
31 mart 2025-ci il tarixində "AFB Bank" 77 milyon 409 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 2 gün sonra
-
- 1 gün sonra
-
18 d. əvvəl
TOAT – Azərbaycanın ilk "Bean to Bar" (kakao dənəsindən şokolada) şokolad mağazası Bakıda açıldı
- 41 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10 faizdən çox artıb
-
1 saat əvvəl
Expressbank Lənkəranda Bilik Günü münasibətilə tədbir keçirib
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq
- 2 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10 faizdən çox artıb

"Qara günün dostu" bahalaşmaqda davam edir

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq
Ən çox oxunanlar

Azərbaycanda avtomobil istehsalı geriləməkdə davam edir

Dövlət büdcəsində 4 milyard manatdan çox artıqlıq yaranıb

Rubl dəyər itirməyə davam edir - SƏBƏBLƏR
