Dünyanın 20-dən artıq ölkəsindən məşhur ürək-damar cərrahları Bakıya toplaşır!
Məlum olduğu kimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən 16-18 may 2025-ci il tarixlərdə "Gülüstan" sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi təşkil ediləcək.
Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresində dünyanın 20 ölkəsindən 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardioccərahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək.
Dünyanın ən məşhur kardiocərrahlarından Böyük Britaniyadan olan Prof. Dr. David Taggart və Yaponiyadan Prof. Dr. Şiqeyuki Ozaki fəxri qonaq kimi Konqresdə iştirak edəcək. Konqres çərçivəsində əməliyyatxanadan birbaşa bağlantı ilə ürək əməliyyatının canlı yayımı da təşkil olunacaq.
Konqresin proqramına əsasən, 16 may tarixində gənc ürək-damar cərrahları və rezidentlər üçün EVAR-TEVAR mövzusunda ekspert görüşü, mitral qapaq təmiri və cərrahi anastomoz kursu, tibb bacıları və perfüzionistlər üçün öyrədici kurslar təşkil ediləcək.
17-18 may tarixlərində isə təşkil olunacaq 21 elmi sessiyada kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklərin müzakirəsi baş tutacaq. Proqramda həmçinin, Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyi, Avropa Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti ilə ortaq sessiyaların keçirilməsi də nəzərdə tutulub.
Konqres zamanı Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşəbbüsü ilə ötən il Türkiyədə təsis edilmiş Türk Dünyası ürək-damar cərrahiyyəsi Birliyinin Zirvə toplantısı da təşkil olunacaq.
“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və Konqres iştirakçıları 20 DTT balı əldə edəcək.
"Konqresdə iştirak etmək istəyən mütəxəssislər www.bakuheartdays.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Konqresdə çıxış üçün göndərilmiş elmi məqalələr və abstraktlar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dövri nəşrlər siyahısında olan "Azərbaycan Ürək və Damar Cərrahiyyəsi" elmi jurnalında dərc ediləcək."
Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 46 d. sonra
-
16 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
23 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 34 d. əvvəl
-
45 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 56 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir

























