"İlk dəfə 30 mindən artıq vətəndaş ABB-nin gəlirlərindən öz qazanc payını alacaq"
"Bu, son illərin rekord dividend məbləğidir""ABB-nin 2024-cü il üzrə xalis mənfəətindən səhmdarlarına 200 milyon manat dividend ödəyəcəyik".
Marja.az xəbər verir ki, bunu ABB-nin Səhmdarlarımnın Ümumi Yığıncağının qərarının ictimaiyyətə elan edilməsinə həsr olunmuş mətbuat konfransında "Azərbaycan Beynəlxaq Bankı" ASC-nin (ABB) İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
"Bu, son illərin rekord dividend məbləğidir", - Abbas İbrahimov deyib.
Bankın sədri qeyd edib ki, dividendin 184 milyon manatı ABB-nin səhmdarı olan dövlətə, 16 milyon manatı isə digər səhmdarlara ödəniləcək:
"Beləliklə, ABB-nin son illər ərzində dövlət büdcəsinə vergi, dividend və sosial ödənişlər şəklində ödədiyi vəsaitlərin ümumi məbləği 1,6 milyard manata çatacaq. Bununla ilk dəfə 30 mindən artıq vətəndaşımız ABB-nin gəlirlərindən öz qazanc payını alacaq".
XXX
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
7 may 2025-ci il tarixində ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.
Bankın yaydığı press-relizdə bildirilir ki, Yığıncaqda ABB-nin 2024-cü il üzrə kənar auditor tərəfindən təqdim olunmuş maliyyə hesabatı təsdiqlənib, bir sıra təşkilati məsələlərə baxılıb, eyni zamanda 2024-cü ilin maliyyə nəticələrinə əsasən, ABB-nin səhmdarlarına dividendin ödənilməsinə qərar verilib.
Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov keçirdiyi mətbuat konfransında bununla bağlı qərarı elan edərək bildirib ki, ötən ilin mənfəətindən səhmdarlara 200 000 000 manat məbləğində dividend ödəniləcək.
Onun sözlərinə görə, bu, son 7 ildə səhmdarlarına ardıcıl şəkildə yüksək dividendlər ödəyən ABB-nin ayırdığı rekord dividend məbləğidir. Beləliklə, ABB-nin hər bir səhminin illik gəlirlilik səviyyəsi nominal qiymətlə 15,6%-ə yüksəlib.
Hazırda ABB-nin 30 mindən çox səhmdarı var. Bankın nizamnamə kapitalının strukturunda dövlətin iştirak payı 92.18%-dir. Bu bölgüyə uyğun olaraq dividendin 184 000 000 manatı dövlət büdcəsinə, 16 000 000 manatı isə digər səhmdarlara ödəniləcək.
“Qürur duyuruq ki, 30 mindən çox vətəndaşımızla gəlirlərimizi bölüşəcəyik. Həmçinin bu ilin dividend ödənişini də nəzərə alsaq, son illər ərzində ABB-nin dövlət büdcəsinə və digər sosial yönümlü layihələrə ödədiyi vəsaitlərin ümumi məbləği 1,6 milyard manata çatacaq” – Abbas İbrahimov bildirib.
İdarə Heyətinin sədri jurnalistlərə ABB-nin 2024-cü il, eləcə də cari ilin yanvar-aprel ayları üzrə fəaliyyəti, həyata keçirdiyi strateji inkişaf layihələri haqqında ətraflı məlumat verib.
Mətbuat konfransında ABB-nin 2024-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatı da təqdim olunub. Media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
AİB Azərbaycanda dəmir yolu və metro infrastrukturunun modernləşdirilməsi üçün 652 milyon dollardan çox kredit ayırıb
Rəqəmsal İpək Yolu layihəsində mühüm mərhələ: Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin rəsmi açılışı olub
“PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirildi ®
Azərbaycan banklarının mənfəəti 1 milyard manatı keçib – Artımın 93%-i cəmi iki bankın hesabına təmin olunub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 14 d. əvvəl
-
40 d. əvvəl
Oktyabrın 17-də gözlənilən hava şəraiti - 31- dərəcəyədək isti
-
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda minik avtomobili istehsalı geriləyir – 500 ədəd daha az istehsal edilib
-
2 saat əvvəl
Azərbaycanda doğum və nikahların sayı azalır – Əhalinin sayı 10 milyon 280 min nəfərə yaxınlaşıb
-
2 saat əvvəl
Fəaliyyət var, etimad yoxdur. PR niyə reputasiyaya çevrilmir?
-
2 saat əvvəl
İllik gəlirlilik 15%, müddət 18 aydır - 20 oktyabrda satışa çıxarılır
-
2 saat əvvəl
Vergi gəlirləri artırılır, Neft Fondundan büdcəyə transfertlər azaldılır – 2030-cu ilədək PROQNOZLAR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Dünya Bankı Qrupu Azərbaycana 100 milyon dollara yaxın özəl kapital cəlb edib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
AİB Azərbaycanda dəmir yolu və metro infrastrukturunun modernləşdirilməsi üçün 652 milyon dollardan çox kredit ayırıb
Oktyabrın 17-də gözlənilən hava şəraiti - 31- dərəcəyədək isti
Azərbaycanda minik avtomobili istehsalı geriləyir – 500 ədəd daha az istehsal edilib
Fəaliyyət var, etimad yoxdur. PR niyə reputasiyaya çevrilmir?
Ən çox oxunanlar
Vergi gəlirləri artırılır, Neft Fondundan büdcəyə transfertlər azaldılır – 2030-cu ilədək PROQNOZLAR
“PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirildi ®
Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI
Manatın taleyi ilə bağlı 4 illik PROQNOZ AÇIQLANDI
Azərbaycanın dövlət borcu 28,6 milyard manata çatacaq – İki ildə 2,6 milyard manat artım gözlənilir





















