BYD-nin Azərbaycandakı rəsmi dileri Group Motors şirkəti oldu
Azərbaycanın avtomobil bazarında yeni mərhələ.Azərbaycan avtomobil bazarında yeni dövr başlayır. Dünyanın ən böyük Yeni Enerji Avtomobili (NEV) istehsalçısı olan BYD artıq Azərbaycanda rəsmi fəaliyyətə başlayır. Brendin ölkəmizdəki rəsmi dileri 2006-cı ildən avtomobil sektorunda fəaliyyət göstərən Group Motors şirkətidir.
Group Motors bu illər ərzində Toyota Abşeron və Ford dilerliyi ilə yanaşı Subaru, Mazda, Mitsubishi və Honda markalarının da rəsmi distribütoru kimi ölkə bazarında güclü mövqeyə sahibdir. Satış, servis və ehtiyat hissələri üzrə formalaşdırdığı peşəkar şəbəkə ilə şirkət avtomobil sektorunun aparıcı oyunçularından biridir. İndi isə Group Motors dünyanın avtomobil sənayesində sürətli yüksəlişə imza atan BYD-ni Azərbaycana gətirməklə ölkənin avtomobil bazarında yeni bir mərhələ açır.
Azərbaycanda satışa çıxarılacaq BYD modelləri 6 il və ya 150 000 km rəsmi zəmanətlə təqdim ediləcək. Bundan əlavə, 1 sentyabra qədər avtomobillərini fərdi qaydada Çindən gətirən müştərilər də ödənişli zəmanət paketi əldə edə biləcəklər. Bu addım bazarda bütün BYD sahibləri üçün vahid xidmət keyfiyyətini təmin etməyi hədəfləyir.
Yeni BYD salonu hazırda Sumqayıt şossesi 6-cı km ünvanında təmir edilir. Açılışın oktyabr ayının son həftəsində keçirilməsi planlaşdırılır.
Group Motors-un nümayəndəsi açıqlamasında bildirib:
“BYD sadəcə avtomobil markası deyil, dünyada milyonlarla insanın seçdiyi bir brenddir. Bizim üçün əsas məqsəd müştərilərimizə bu markanı etibarlı mənbədən, rəsmi zəmanətlə və yüksək servis dəstəyi ilə təqdim etməkdir. Azərbaycanda alıcılarımız artıq BYD-ni tam güvənlə əldə edə biləcəklər.”
Açılışa qədər BYD Abşeronun sosial media səhifəsi üzərindən ön sifariş kampaniyası elan ediləcək. BYD avtomobili almaq istəyən şəxsləri @byd_absheron rəsmi səhifəsini izləməyə dəvət edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 5 d. əvvəl
- 13 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"























