Ən yuxarı (mobil)_30

Əhali ev alır, İpoteka və Kredit Zəmanəti Fondunun qazancı artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əhali ev alır, İpoteka və Kredit Zəmanəti Fondunun qazancı artır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondu 2025-ci ilin ilk 6 ayını (yanvar-iyun) 12 milyon 669 min manat xalis mənfəət ilə başa vurub. Fond 2024-cü ilin eyni dövrünü 11 milyon 510 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə,bu ilin 1-ci yarısında İpotela və Kredit Zəmanəti Fondunun xalis mənfəəti 1 milyon 159 min manat və ya 10% artıb.

Marja.az Fondun yarımillik hesabatlarına istinadəb xəbər verir ki, İpotela və Kredit Zəmanəti Fondunun faiz gəlirləri 2024-cü ilin ilk 6 ayında 44 milyon 705 min manat ikən, 2025-ci ilin ilk 6 ayınd 54 milyon 430 min manat təşkil edib (9 milyon 725 min manat və ya 21,7% artıb). Fondun haqq və komissiya gəlirləri isə 496 min manatdan 598 min manata yüksəlib. 

Reklam_3_11

30 İyun 2025-ci il tarixində İpotela və Kredit Zəmanəti Fondunun ipoteka portfelinin həcmi 2 milyard 414 milyon manata çatıb (30 iyun 2024-də 2 milyard 167 milyon manat təşkil etmişdi).

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) bu il iyulun 1-nə satmaq öhdəliyi ilə kirayə üçün yaşayış sahələri fondunun həcmi 348 milyon 362 min manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 % çoxdur.

İş axtarmaq heç vaxt bu qədər həyəcanlı olmayıb! Hər gün yeni vakansiyalar, maaşı yüksək, etibarlı elanlar - AzVak.az-da. İndi bax, fürsəti qaçırma!

AzərbaycanİpotekaKreditZəmanətiFondu İKZF 2025xalismənfəət 2024xalismənfəət yarımillikhesabat faizgəlirləri haqqvakomissiyagəlirləri kirayəyəyaşayışsahələri ipotekaportfeli ipotekahəcmi mənfəətartımı gəlirartımı portfelartımı ipotekafond maliyyəgöstəriciləri yarımillikgəlir ipoteka və kredit fondgəlirləri yaşayışsahəsifonu maliyyəsahəsi
08.09.2025 12:38

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18