Erkən mərhələdə olan layihələrə investisiyaların stimullaşdırılması üçün alətlər yaradılır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) konvertasiya olunan qiymətli kağızların tanınması üçün ilkin normativ-hüquqi bazanın hazırlanmasına başlayıb.
Bu barədə agentliyin İdarə Heyəti sədrinin müavini Rəşad Xalıqov bildirib.
"Növbəti mərhələdə biz müvafiq tənzimləyici orqanlarla birlikdə onların tətbiqini tənzimləmək üçün sahəvi mexanizmlərin yaradılması ilə məşğul olacağıq", - o qeyd edib.
İRİA erkən mərhələdə olan layihələrə investisiyaları stimullaşdıran alətlərin yaradılmasını prioritet hesab edir.
"Xüsusilə söhbət davamlı innovasiya ekosisteminin formalaşmasında mühüm rol oynayan "mələk investisiyaları"ndan gedir. Bugünkü reallıqlar daha çevik və risklərə uyğunlaşdırılmış mexanizmlər tələb edir. Bu baxımdan biz beynəlxalq vençur təcrübəsində istifadə olunan SAFE (Simple Agreement for Future Equity) və konvertasiya olunan qiymətli kağızlar kimi alətlərin tətbiqi imkanlarını öyrənirik", - R.Xalıqov vurğulayıb.
Sədr müavininin sözlərinə görə, İRİA Azərbaycanda innovativ sahibkarlığın və texnoloji startapların sürətli inkişafına yönəlmiş təşəbbüsləri fəal şəkildə təşviq edir. İşin əsas istiqamətlərindən biri vençur və kraudfandinq maliyyələşməsi sahəsində normativ bazanın formalaşdırılmasıdır.
R.Xalıqov əlavə edib ki, bu təşəbbüsləri həyata keçirməklə İRİA eyni zamanda startapların maliyyəyə çıxışını genişləndirməyə və innovasiya ekosisteminə yeni investorlar cəlb etməyə çalışır, bununla da onların hüquq və maraqlarının etibarlı müdafiəsini təmin edir.
"Hazırda təkliflərimiz beynəlxalq tərəfdaşların, o cümlədən Dünya Bankının fəal iştirakı ilə razılaşdırma və təkmilləşdirmə mərhələsindədir. Onlarla mütəmadi olaraq təcrübə mübadiləsi və texniki məsləhətləşmələr aparılır", - sədr müavini qeyd edib.
© "Report"
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 45 d. sonra
-
17 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
24 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 35 d. əvvəl
-
46 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 57 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir


























