Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri barədə ilkin məlumatlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri barədə ilkin məlumatlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünən Azərbaycandan Türkiyəyə istiqamətlənən, qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarədə olan 20 nəfərin hamısının həyatını itirdiyi bildirilir.

Reklam_3_11

Qəzadan dərhal sonra Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana başsağlığı verib, daha sonra iki lider arasında telefon danışığı baş tutub.

Azərbaycanın aidiyyəti strukturlarının rəhbərləri də türkiyəli həmkarları ilə təmasdadırlar.

Azərbaycan öz qardaşlıq borcuna sadiq qalaraq baş vermiş qəzaya olduqca həssas yanaşır, bununla bağlı qarşıya çıxan məsələlərin həllinə hərtərəfli dəstək göstərir.

Hazırda sosial mediada və bəzi media vasitələrində qəzanın başvermə səbəbləri ilə bağlı müxtəlif rəylər səsləndirilir. Təəssüf ki, rəsmi rəy olmadan hətta qeyri-real konspiroloji versiyalar irəli sürənlər də var.

APA-nın əldə etdiyi məlumata görə, təyyarə Gəncə hava limanına dünən eniş edib və 2 saat ərzində orda gözləmədə olub. Təyyarənin ekipajı hava gəmisinin göyərtəsini və hava limanının ərazisini tərk etməyib.

Təyyarədəki heyət noyabrın 8-də Bakıda keçirilən hərbi paradda iştirak edən Türkiyənin F-16 təyyarələrinə texniki xidmət göstərən şəxslər olub. Onlar təyyarəyə minməzdən əvvəl hava limanının təhlükəsizlik qaydalarına uyğun, ən xırda detallarına kimi bütün prosedurlardan və yoxlamadan keçiblər. Bu proses hava limanının təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.

"Təyyarənin içərisində heç bir partlayıcı maddə və ya qurğu olmayıb, yalnız F-16 təyyarələrinin ehtiyat hissələri olub", - deyə mənbə APA-ya bildirib.

Əldə etdiyimiz məlumata görə, qəzaya uğramış təyyarə uzun müddətdir istismardadır. Təyyarə sonuncu dəfə 2020-ci ildə əsaslı təmir olunub.

İlkin müşahidələr onu deməyə əsas verir ki, təyyarənin korpusunda hər hansı kənar təsir izi yoxdur. Məlumat üçün qeyd edək ki, Azərbaycana məxsus Embrayer-190 təyyarəsi ötən il dekabrın 25-də qəzaya uğradıqdan sonra ilk baxış təyyarənin fyuzelyajında kənar təsir nəticəsində əmələ gəlmiş çoxsaylı deşiklərin olduğunu aydın göstərmişdi. Bu da təyyarənin vurulması versiyasının əsas kimi götürülməsinə səbəb olmuşdu.

"Buna görə də C-130-un korpusunda kənar təsir elementlərinin olmaması onun vurulma ehtimalını istisna edir. Hətta təyyarənin içərisində partlayıcı maddə və ya qurğunun olması və partlaması ehtimalını götürsək belə, qəzaya uğramış təyyarənin korpusunda mütləq şəkildə partlayışın izləri olmalıydı", - deyə mənbə qeyd edib.

Beləliklə, ilkin araşdırmalar iki versiyanın üzərində fokuslaşmaq üçün əsas yaradır. Birincisi, təyyarə uzun müddətdir istismarda olduğuna görə, onun korpusunda korroziya yarana bilərdi ki, bu da havada yüksək təzyiq altında təyyarənin qəzaya uğraması üçün ciddi əsasdır. Qeyd edək ki, 1990-cı illərdə ABŞ Silahlı Qüvvələrinə məxsus "Herkules" təyyarəsi məhz bu səbəbdən qəzaya uğramışdı.

İkinci versiya isə ondan ibarətdir ki, yük təyyarələrində daşımalar həyata keçirilən yük müvafiq tələblərə uyğun olaraq möhkəm bərkidilir. Bu tələbin yerinə yetirilməməsi turbilentlik və ya başqa təsirdən yükün yerindən oynaması və daxildə ciddi fəsadlar yaratmasına gətirib çıxarır ki, bu da qəza üçün tam yetərli səbəbdir.

Bütün bunlar hazırda sosial mediada səslənən bəzi konspiroloji iddiaların əsassız olduğunu göstərir. Əslində, bunun üçün heç əsas da yoxdur, çünki təyyarənin qara qutusu qəzanın törəmə səbəblərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Gürcüstan hökuməti də bu məsələdə həssaslıq nümayiş etdirir.

İş elanları AzVak.az-da

© APA

Türkiyə hərbi təyyarə qəzası C130 təyyarə qəzası Azərbaycan Türkiyə münasibətləri Gürcüstanda təyyarə qəzası Herkules təyyarəsi İlham Əliyev başsağlığı Rəcəb Tayyip Ərdoğan Azərbaycan Türkiyə qardaşlığı F-16 texniki heyəti Gəncə hava limanı hərbi nəqliyyat təyyarəsi təyyarə qəzası 2025 Gürcüstan hökuməti qara qutu araşdırması təyyarə korroziya versiyası yük bərkidilmə problemi aviasiya qəzası təyyarə istismar müddəti APA xəbərləri sosial mediada konspiroloji iddialar aviasiya təhlükəsizliyi Türkiyə Hərbi Hava Qüvvələri Azərbaycan dəstəyi qardaş ölkə təyyarə qəzalarının səbəbləri Herkules C-130 Gürcüstan ərazisində hadisə
12.11.2025 09:06

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
SOCAR yeni şirkət yaradıb
SOCAR yeni şirkət yaradıb
12.11.2025 15:43
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18