Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Çin şirkətlərinin rəhbərləri ilə görüşüb. Çin şirkətləri ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Çin Xalq Respublikasının “Wanji” və “Sunstone” şirkətlərinin rəhbərləri ilə görüşüb.
Marja xəbər verir ki, qonaqlara ölkəmizdə əlverişli investisiya mühiti, sənaye zonalarında yaradılmış infrastruktur, investorlar üçün təqdim olunan güzəştlər və dəstək mexanizmləri haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan sənaye və texnologiya yönümlü layihələrin reallaşdırılmasına xüsusi önəm verir və xarici investorlarla uzunmüddətli əməkdaşlıqda maraqlıdır.
Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Qeyd edək ki, Çində fəaliyyət göstərən “Wanji” şirkəti sənaye, nəqliyyat və texnoloji həllər sahəsində ixtisaslaşmış şirkətlərdən biridir. Şirkət innovativ məhsul və xidmətlərin inkişafı, istehsal proseslərinin səmərəliliyinin artırılması və beynəlxalq bazarlarda əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.
“Sunstone” şirkəti alüminium sənayesi üçün karbon materiallarının (prebaked anode) tədqiqatı, istehsalı və satışı ilə məşğuldur və hazırda Çinin bu sahədə mühüm ixracatçılarından biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
11 d. əvvəl
Bayramlarla əlaqədar pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödənəcək
-
-
1 saat əvvəl
Azərbaycan bazarına da nəzarət edən Coca-Cola şirkəti dividend ödənişinə hazırlaşır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
10-dan çox neft tankeri İran tərəfindən vurulub
Azərbaycan neftinin son qiyməti
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
Ən çox oxunanlar
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
“PAŞA Həyat Sığorta”da yeni təyinat
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Rəsmi məzənnələr açıqlandı


























