İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
2025-ci ildə Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti” 4000-ə yaxın qadına dəstək göstərib(®) Qadınların təhlükəsizliyi, hüquqlarının qorunması və sosial rifahının gücləndirilməsi istiqamətində Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti”nə olan müraciətlərin sayı son bir il ərzində əhəmiyyətli dərəcədə artıb. 2024-cü ildə xidmətə 1623 müraciət daxil olduğu halda, 2025-ci ildə bu göstərici 4000-ə yaxın olub. Təxminən 2,5 dəfəlik artım qadınların mövcud dəstək vasitələrinə etimadının gücləndiyini əks etdirir.
Statistikaya əsasən, müraciətlərin əksəriyyəti psixoloji dəstək, zorakılıq halları və hüquqi yardımla bağlı olub. Belə ki, il ərzində qeydə alınan müraciətlərin 1105-i psixoloji dəstəyə, 655-i zorakılıq halları üzrə daxil olub. Zorakılıqla bağlı müraciətlərin əsas hissəsini məişət zorakılığı təşkil etsə də, kiberzorakılıqla bağlı 101 müraciət qeydə alınıb ki, bu da həmin istiqamət üzrə artımı əks etdirir. Eyni zamanda 583 müraciət hüquqi yardıma, 336 boşanma prosesində yaranan çətinliklərə, 267 sosial və maddi rifah məsələlərinə, 257 sığınacaqla təmin olunma, 207 isə təhsil mövzularına aid olub.
Bununla yanaşı, insan alveri ilə bağlı 77 müraciət qeydə alınıb. Bu müraciətlər əsasən evdən qaçma, diləndirilmə, erkən nikah və əməyin istismarı halları ilə bağlı olub. Səhiyyə hüquqları ilə əlaqədar isə 47 müraciət daxil olub.
Müraciətlərin təhlili göstərir ki, qadınlar fiziki, psixoloji, cinsi zorakılıq və etinasızlıq kimi müxtəlif zorakılıq növləri ilə üzləşirlər. Bir sıra hallarda müraciətçilər yalnız bir zorakılıq növü ilə qarşılaşsa da, əksər müraciətlərdə bir neçə zorakılıq formasının paralel şəkildə müşahidə olunduğu müəyyən edilib. Bu kontekstdə intiharla bağlı 32 müraciətin qeydə alınması qadınların kompleks və çoxşaxəli dəstəyə ehtiyac duyduğunu açıq şəkildə göstərir.
Bunları nəzərə alaraq 2025-ci il ərzində qadınlara dəstək mexanizmlərinin gücləndirilməsi istiqamətində genişmiqyaslı “Oflayn qadınlar” sosial layihəsi də həyata keçirilib. Azercell 25 Noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü və BMT-nin “Narıncı Gün” təşəbbüsü çərçivəsində “Ümidli Gələcək” İctimai Birliyi ilə əməkdaşlıqda bu təşəbbüsü təqdim edib.
Layihənin əsas məqsədi qadınlara qarşı zorakılıq probleminə ictimai diqqəti artırmaq, eyni zamanda çətin həyat şəraitində yaşayan və mövcud dəstək resursları barədə kifayət qədər məlumatı olmayan qadınlar üçün əlçatan və təhlükəsiz müraciət imkanları yaratmaqdır.
Bu çərçivədə istifadəyə verilən oflaynqadinlar.az platforması zorakılıq, psixoloji, iqtisadi və digər hallar zamanı Azərbaycan qanunvericiliyinə uyğun atılmalı addımlar barədə sistemli və etibarlı məlumat təqdim edir. Platforma qadınlara öz hüquqları haqqında məlumat almaq, videomateriallar vasitəsilə ilkin psixoloji və sosial dəstək imkanları ilə tanış olmaq, psixoloji testlərdən keçmək və onlara yardım göstərə biləcək müvafiq qurumlar barədə dolğun informasiya əldə etmək imkanı yaradır.
2025-ci il ərzində həyata keçirilən təşəbbüslər çərçivəsində “Qadınlara Dəstək Xətti” broşürü Meksikanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə ispan dilinə tərcümə olunaraq təqdim edilib.
Qeyd edək ki, Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” 2022–2025-ci illər ərzində ümumilikdə 12 000-çox müraciət qəbul edib.
“Qadın Dəstək Xətti” Azercell və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən həyata keçirilir. Qadınların sosial dəstək ekosisteminin genişləndirilməsi Azercell-in korporativ sosial məsuliyyət strategiyasının əsas prioritetlərindən biri olaraq qalır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
2 saat sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
-
49 d. əvvəl
Mərkəzi Bank yoxladı, məhkəmə cərimələdi – Valyuta mübadiləsi şirkətində pozuntu
-
1 saat əvvəl
"Bir Kredit BOKT" 2 milyon manatlıq istiqrazlarını yerləşdirib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana Rusiyadan idxal 1 milyard dollar azalıb – Çin liderliyini gücləndirib
-
2 saat əvvəl
Azərbaycanın idxalı 3,4 milyard dollar azalıb, amma ərzaq və avadanlıq idxalı artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızıl xaric, Azərbaycanın qeyri-neft ixracında artım cəmi 8,3% təşkil edib
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Oktyabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycanın idxalı 3,4 milyard dollar azalıb, amma ərzaq və avadanlıq idxalı artıb
Azərbaycan xaricdən ərzaq alışını artırıb – 9 ayda 187 milyon dollarlıq artaraq 2 milyard dolları keçib
Buğda idxalı 1 milyon tonu ötüb
ABB-dən "Uşaq yığım" əmanəti ®
Azərbaycanda səhiyyə sistemində böyük dəyişiklik – TƏBİB Səhiyyə Nazirliyinə verildi, nazir dəyişdi
Azərbaycana avtomobil idxalında böyük geriləmə – Hibrid və elektromobillərin gətirilməsi çöküb



























