“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
1 300 000 manatdan çox cekpot sahiblərini gözləyir.(®) Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” 2025-ci ildə də çox sayda qazanılan böyük uduşlarla yadda qalıb.
Ötən il “Azərlotereya”nın tirajlı lotereya, “Poz-Qazan” və “ePoz-Qazan” oyunları üzrə 267 böyük uduş qazanılıb. Onlardan 172-i “Poz-Qazan”, 29-u tirajlı, 66 ədədi isə “ePoz-Qazan” oyunlarının payına düşüb.
2025-ci ilin ən böyük uduşu - 500 000 manat “Prestij”də qazanılıb. Bu, “Poz-Qazan” oyunlarının tarixində ən böyük uduş hesab edilir.
Digər “Poz-Qazan” oyunlarında uduşlar bol olub. 1 biletdə 200 000, 6 biletdə 100 000, 1 biletdə 75 000, 16 biletdə 50 000, 2 biletdə 30 000, daha 18 biletdə 25 000, 94 biletdə 10 000, 27 biletdə 5 000, 5 biletdə 5 555, 1 biletdə isə 3 000 manat qazanılaraq şanslı qaliblərinə qovuşub.
Ötən il tirajlı lotereyalar arasında da böyük uduşlar qeydə alınıb. 3 nəfər “Super Keno”dan 100 000, 10 nəfər isə “Beşdə 5” lotereyasından 50 000 manat qazanıb.
“ePoz-Qazan” oyunları da müxtəlif uduşlarla sahiblərini sevindirib. Ən böyük uduşlar isə “Qol Qazan” və “20X”də olub. Ötən il bu oyunlarda 2 nəfər 50 000 manat udub. Həmçinin “20X”da 3 nəfər 20 qəpiyə 20 000 manat, 1 nəfər isə “100X” oyunundan 36 346 manat qazanıb.
“Azərlotereya”nın təqdim etdiyi bir-birindən maraqlı şans oyunlarında bu il də 5 000-dən 1 milyon manatadək böyük uduşlar, eləcə də “4+4”tirajlı lotereyasında 1 300 000 manatdan çox cekpot sahiblərini gözləyir.
Biletləri “Azərlotereya” satış nöqtələri, “Misli” məntəqələri, "Azərpoçt" şöbələri, “Araz” və OBA marketlər şəbəkəsi, eləcə də digər mağaza və köşklərdən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 54 d. sonra
-
8 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
15 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 26 d. əvvəl
-
37 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 48 d. əvvəl
-
59 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir



























