"Hazırda təxminən 380 min KOB-un bir çoxu hələ də əsasən nağd pulla fəaliyyət göstərir"
Mastercard və Azərbaycan Mərkəzi Bankı maliyyə sahəsində rəqəmsal transformasiya üçün yol xəritəsini əks etdirən “Azərbaycanda rəqəmsallaşmanın növbəti dalğası” adlı birgə araşdırmanı təqdim ediblər. “Nağdsız Azərbaycan” proqramının tətbiqi dövründə (2017-2023) kart əməliyyatları altı dəfə artıb. Nağdlaşdırma səviyyəsi 87%-dən 43%-ə düşüb – bu rəqəmlər rəqəmsallaşmanın geniş tətbiqinin göstəricisidir. KOB-ların kart ödənişlərinin həcminin 2027-ci ilə qədər ikiqat artacağı gözlənilir ki, bu da daha çox şəffaflığa və inkişafa təkan verəcək."Mastercard" Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) ilə əməkdaşlıq çərçivəsində “Azərbaycanda rəqəmsallaşmanın növbəti dalğası” adlı araşdırma sənədini dərc edib.
"Mastercard"ın yaydığı məlumatda bildirilir ki, bu müfəssəl araşdırma rəqəmsal ödənişlərin iqtisadi artımın sürətləndirilməsi, şəffaflığın artırılması və ölkədə maliyyə inklüzivliyinin gücləndirməsindəki rolu barədə danışır.
Araşdırma Azərbaycanın rəqəmsal iqtisadiyyatının on il ərzindəki tərəqqisini nəzərdən keçirir. Bu sənəddə transformasiyanın növbəti mərhələsi, xüsusilə də rəqəmsallaşma vasitəsilə kiçik və orta bizesin (KOB) gücləndirilməsi önə çəkilir. Araşdırma çoxqatlı tədqiqat metodologiyasına əsaslanır. Belə ki, araşdırma çərçivəsində 810 KOB və 600 istehlakçının iştirak etdiyi iki ölkəmiqyaslı sorğu, tərəfdaşlarla 18 müsahibə, altı fokus qrupu, gizli müştəri təlimləri və 40 ölkədə 60-dan çox təşəbbüsün qlobal müqayisəli təhlili təşkil olunub. Sənəd maliyyə sektorunda rəqəmsal transformasiya üçün təkamülü, mövcud vəziyyəti və gələcək yol xəritəsini özündə cəmləyir. Maliyyə sektoru üzrə siyasət çərçivəsini müəyyən edən tərəflər, maliyyə institutları, KOB və sənayedə fəaliyyət göstərən tərəfdaşlara xitab edən yeni məlumatlar dövlət-özəl əməkdaşlığının milli iqtisadiyyatda yeni səmərəlilik, dayanıqlılıq və rəqabət səviyyələrinin müəyyən olunmasını vurğulayır.
Azərbaycanda rəqəmsal ödənişlərin sürətli inkişafı
Rəqəmsal ödənişlər səmərəli, təhlükəsiz və şəffaf maliyyə əməliyyatlarına imkan yaratmaqla müasir iqtisadiyyatlar üçün mühüm əhəmiyyət kəsb edir. Mastercard və AMB tərəfindən 2017-2023-cü illəri əhatə edən “Nağdsız Azərbaycan” təşəbbüsü ölkədə rəqəmsal əməliyyatların inkişafına əhəmiyyətli töhfə vermişdir. Müvafiq dövr ərzində kart əməliyyatlarının ümumi dəyəri altı dəfə artıb, nağdlaşdırmanın payı isə 87%-dən 43%-ə1 düşüb. Bu tendensiyalar hökumətin fəaliyyəti nəticəsində nağdız ödənişlərə qarşı münasibətdə köklü dəyişiklik, innovativ texnologiyaların tətbiqi və rəqəmsal infrastrukturun genişlənməsini əks etdirir.
KOB-lar rəqəmsal transformasiyanın mərkəzində
Bu tendensiyanın davamı kimi, Mastercard və AMB-nin araşdırması KOB-ları Azərbaycanın rəqəmsal iqtisadiyyatının növbəti inkişaf mərhələsinin təkanverici qüvvəsi olaraq vurğulayır. Hazırda təxminən 380.000 KOB-un əlavə dəyərə 17 milyard manatdan çox töhfəsi olsa da, bir çoxu hələ də əsasən nağd pulla fəaliyyət göstərir. Rəqəmsal alətlərə və ödəniş həllərinin əlçatanlığının təmin olunması KOB-ların yeni bazarlara çıxış imkanlarının genişləndirilməsinə və iqtisadi əlaqələrinin dərinləşdirilməsinə kömək edə bilər.
Azərbaycan təsirli irəliləyiş göstərsə də, növbəti böyük irəliləyiş pərakəndə satış və KOB ödənişlərində nağd puldan istifadənin azaldılmasındadır. AMB-nin “2024-2026-cı illər üçün maliyyə sektorunun inkişaf Strategiyası” pərakəndə ticarətdə nağdsız ödənişin payının 40%-dən çox olmasını, müştəri köçürmələrində rəqəmsal kanalın payının 90%-i üstələməsini və nağdsız kart əməliyyatlarının ümumi kart əməliyyatlarının 70%-dən çoxunu təşkil etməsini hədəfləyir ki, bu da Azərbaycanın regional rəqəmsal liderlər arasında mövqeyini möhkəmləndirir.4
AMB ilə birlikdə Mastercard-ın rəqəmsal transformasiyanın növbəti mərhələsi üçün baxışı KOB-ların daha dərin iştirakına, daha geniş rəqəmsal ödəiş qəbuluna və maneəsiz əməliyyat təcrübəsinə yönəlib ki, bu da hər bir əməliyyatın daha şəffaf və dayanıqlı maliyyə sisteminə töhfə verməsini təmin edir.
Əməkdaşlığın gələcək inkişafı
Mastercard və AMB-nin birgə araşdırmasında aşağıda sadalanan məqamlarla yanaşı rəqəmsallaşmanın tətbiqinin sürətləndirilməsi üçün bir sıra praktik tövsiyələr yer alır :
• Prosesi asanlaşdırmaq üçün KOB-lar arasında rəqəmsal ödənişlərin qəbulunun genişləndirilməsi
• Rəqəmsal əməliyyatlar üçün təşviqlərin gücləndirilməsi
• KOB-lar arasında maliyyə savadlılığının və rəqəmsal etimadın artırılması
• Dövlət qurumları, banklar və fintex şirkətləri arasında əməkdaşlığın dərinləşdirilməsi
Mastercard-ın AMB ilə tərəfdaşlığı haqqında
Mastercard və AMB 2017-ci ildə “Nağdsız Azərbaycan” proqramının tətbiqindən etibarən rəqəmsallaşmanın inkişafında strateji tərəfdaşlara çevriliblər. Belə ki, təşkilatlar elektron ödənişləri genişləndirmək, kibertəhlükəsizliyi gücləndirmək və maliyyə sektorunda innovasiyaları təşviq etmək üçün bir sıra müştərək təşəbbüslər həyata keçiriblər. Birgə araşdırma bu əməkdaşlığın növbəti mərhələsini təmsil etməklə dayanıqlı inkişafa yönəlib.
İstinadlar:
• Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB), “Mastercard Advisors”un təhlil materialı
• “Mastercard Advisors”un təhlil materialı
•Azərbaycan Dövlət Statistika Komitəsi (DSK)
•Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB)
Mastercard dünya üzrə 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları və insanları dəstəkləyir. Müştərilərimizlə birgə hər kəsin inkiaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Biz geniş çeşiddə rəqəmsal ödəniş seçimlərini dəstəkləyir, əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiyamız və yeniliklərimiz, tərəfdaşlıqlarımız və şəbəkələrimiz birləşərək insanlara, müəssisələrə və hökumətlərə ən böyük potensiallarını reallaşdırmağa kömək edən unikal məhsul və xidmətlər dəsti təqdim edir.
Müştərilərin xəbərləri
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
- 21 d. əvvəl
- 27 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər
-
1 saat əvvəl
"Hazırda təxminən 380 min KOB-un bir çoxu hələ də əsasən nağd pulla fəaliyyət göstərir"
-
1 saat əvvəl
Yanvarda Gürcüstanda 5 %-ə yaxın illik inflyasiya qeydə alınıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Bakı Fond Birjasında Yanvar çöküşü
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər
SOCAR-ın nəzdində akademiya fəaliyyətə başlayıb
Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Ən çox oxunanlar
Tanınmış qlobal bank bu il qızılın unsiyasının qiymətinin 6 min 300 dollara çatacağını proqnozlaşdırır
Azərbaycanda lizinq haqqında yeni qanun qəbul olunacaq
“Fintrend” BOKT-ın vəzifəli şəxsi cərimə edildi
“Azvvallet” şirkəti cəzalandırıldı - Xidmətinin dayandırılması barədə göstəriş verildi
Fevralın 4-də gözlənilən hava şəraiti
AccessBank rəhbərliyi Gənclər Gününü Bakı Ali Neft Məktəbinin tələbələri ilə birlikdə qeyd etdi
Tükiyədə inflyasiya sürətlənib

















