"Hazırda m10-da bütün əməliyyatlar tam bərpa olunub" - BƏYANAT
"PASHA Pay": m10 platformasında xarici mənşəli "merchant"lardan bəzi istifadəçi hesablarına müəyyən məbləğlərdə vəsait daxil olması qeydə alınmışdır. Təhlükəsizlik və tənzimləyici tələblərə uyğun olaraq, sözügedən hesablar müvəqqəti olaraq dondurulmuşdur. Hazırda məsələ m10-nun müvafiq komandaları tərəfindən daxili prosedurlara uyğun şəkildə araşdırılır. Hazırda m10-da bütün əməliyyatlar tam bərpa olunub."m10 platforması istifadəçilərin vəsaitlərinin təhlükəsizliyini, əməliyyatların şəffaflığını və platformanın sabitliyini daim prioritet hesab edir. Daim stabil və etibarlı xidmət göstərməyə, istifadəçilərin əməliyyatlarının təhlükəsizliyini qorumağa və məlumatların tam məxfiliyini təmin etməyə yönəlib".
Marja xəbər verir ki, bu, "PASHA Pay" şirkətinin yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, 3 fevral tarixində m10 platformasında xarici mənşəli "merchant"lardan bəzi istifadəçi hesablarına müəyyən məbləğlərdə vəsait daxil olması qeydə alınmışdır. Təhlükəsizlik və tənzimləyici tələblərə uyğun olaraq, sözügedən hesablar müvəqqəti olaraq dondurulmuşdur.
"Hazırda məsələ m10-nun müvafiq komandaları tərəfindən daxili prosedurlara uyğun şəkildə araşdırılır. Araşdırma başa çatdıqdan sonra nəticələrə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.
Qeyd olunan səbəblə əlaqədar m10 tətbiqinin fəaliyyətində müvəqqəti fasilə yaranmışdır, lakin hazırda m10-da bütün əməliyyatlar tam bərpa olunub.
Yaranmış narahatlığa görə istifadəçilərimizdən üzr istəyir, göstərdikləri anlayış və etimad üçün təşəkkür edirik.
İstifadəçilərimizin vəsaitlərinin təhlükəsizliyini, əməliyyatların şəffaflığını və platformanın sabitliyini daim prioritet olaraq qorumağa davam edirik".
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 54 d. sonra
-
8 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
15 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 26 d. əvvəl
-
37 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 48 d. əvvəl
-
59 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir

























