Azərbaycan şirkəti İraqda tenderlərdə iştirak edir
"SOCAR AQŞ" İraqda layihələrin həyata keçirilməsi üçün tenderlərdə iştirak edir.
Bunu "SOCAR AQŞ"nin Türkiyə üzrə ölkə meneceri Elvin Nəsibov Bakıda keçirilən "IADC Drilling Caspian & Black Sea 2026" konfrans və sərgisində bildirib.
Onun sözlərinə görə, "SOCAR AQŞ" biznesini genişləndirmək məqsədilə regiondakı müxtəlif tenderlərdə iştirak edir: "Misal olaraq İraqı göstərmək olar. Hazırda regionun özəl operatorlarından biri olan "Crescent Petroleum" ilə bu ölkədə bir kəşfiyyat quyusunun qazılması üçün tender prosesindəyik. Layihənin həcmi "1+4" quyudan ibarətdir. İlk quyu kəşfiyyat quyusu olacaq və hər şey uğurlu keçərsə, hasilat nəticələri müştərinin gözləntilərinə cavab verərsə, daha dörd quyu qazılacaq. Bundan əlavə, "Basra Oil Company" (BOC) ilə əməkdaşlıq çərçivəsində 2000 at gücündə qurğularla qazma işlərinin aparılması üçün tenderdə iştirak edirik. Bu müqavilə qurğuların istismarı ilə həyata keçiriləcək".
O qeyd edib ki, şirkərin Türkiyə və İraqdakı layihələri onun güclü beynəlxalq təcrübəsini aydın şəkildə nümayiş etdirir: "Bu, eyni zamanda, regionumuz da daxil olmaqla, dünya miqyasında təhlükəsiz və yüksək keyfiyyətli qazma xidmətləri göstərmək öhdəliyimizi bir daha təsdiqləyir".
Qeyd edək ki, "SOCAR AQŞ" 2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Nobel Energy" və "Abşeron Qazma" MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir.
Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. "SOCAR AQŞ" ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir. Şirkət 2009-cu ildən Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir.
© "Report"
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 54 d. sonra
-
8 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
15 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 26 d. əvvəl
-
37 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 48 d. əvvəl
-
59 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir


























