Toyuq və toyuq sendviçləri menyusu ilə məşhur olan ABŞ markasının Bakıda restoranı açılır
Bakıda da ABŞ markası "Popeyes"in restoranı açılacaq.
Marja.az xəbər verir ki, bu gün "Popeyes" və "MOK Group", “Popeyes” restoranının Azərbaycanda açılacağını elan ediblər.
Restoran fevralın 27-si Bakıda, “Crescent Mall”da açılacaq. Növbəti restoranın "Ganjlik Mall" ticarət mərkəzində istifadəyə verilməsi nəzərdə tutulur.
1972-ci ildə Yeni Orleanda əsası qoyulan “Popeyes” 50 ildən çox tarixə və cəsur Kajun və Kreol ləzzətlərinə əsaslanan kulinariya ənənəsinə malikdir. “Popeyes” ikonik toyuq sendviçi, acılı toyuq, toyuq tenderləri və digər regional təamların yer aldığı unikal Yeni Orlean üslublu menyusu ilə fərqlənir.
Ötən il imzalanmış eksklüziv inkişaf müqaviləsinə əsasən "MOK Group" Azərbaycanda “Popeyes” brendinin rəsmi nümayəndəsi kimi çıxış edəcək və növbəti on il ərzində 20 restoran açmağı planlaşdırır.
Brendin ölkədəki ilk restoranı Bakının ən yeni və nüfuzlu ticarət məkanlarından biri olan “Crescent Mall”da fəaliyyətə başlayacaq.
“Crescent Mall”un qida zonasında (food court) yerləşən Bakıdakı ilk “Popeyes” ziyarətçilərə brendin dünya şöhrətli menyusunu təqdim edəcək. Seçimlər arasında brendin məşhur toyuqları yer alacaq. Yeni hazırlanmış, ən azı 12 saat marinad olunmuş, əllə unlanmış və Luiziananın cəsur ədviyyatları ilə çörəklənmiş toyuqlar, həmçinin brendin ləzzətlərini əks etdirən digər məhsullar da təqdim olunacaq.
“Popeyes”in rəhbərliyi Azərbaycandakı ilk açılışla bağlı fikirlərini bölüşüb.
“İkonik “Popeyes” brendini Azərbaycana gətirməkdən böyük qürur hissi duyuruq. Bu açılışla biz “Popeyes”in Avropa üzrə böyüməsində mühüm bir mərhələni qeyd edirik və Bakıdakı qonaqlara dünya şöhrətli toyuqlarımızı, zəngin təamlarımızı və təzə bişirilən yeməklərimizi dadmaq şansı qazandırırıq. Hər gün keyfiyyətli yemək, isti qonaqpərvərlik və yüksək səviyyəli xidmət göstərmək missiyamızı paylaşan güclü və etibarlı yerli tərəfdaşlarla əməkdaşlıq etməkdən qürur duyuruqˮ – “Popeyes”in ana şirkəti olan “Restaurant Brands International”ın (RBI) EMEA üzrə prezidenti Renato Rossi bildirib.
“Dünya miqyasında tanınan “Popeyes” brendini keyfiyyətə və dada yüksək dəyər verən Azərbaycan bazarına təqdim etməkdən qürur duyuruqˮ, - “Popeyes Azərbaycan”ın həmsədri Maykl Baldiqa əlavə edib.
“Popeyes Azərbaycan”ın digər həmsədri Məhəmməd Əfəndiyev də qeyd edib ki, “Popeyesˮ özünəməxsus Luiziana ədviyyatları və fərqli hazırlama üsulu ilə seçilir: “Əminik ki, Azərbaycanlı müştərilər bu dadı çox bəyənəcəklər. “Popeyesˮin ölkəmizə gəlişi sadəcə bir başlanğıc deyil, dünya səviyyəli yerli bir biznes qurmaq yolunda uzunmüddətli addımdır. Məqsədimiz yerli mütəxəssislər yetişdirmək, xidmət səviyyəsini yüksəltmək və “Popeyesˮin orijinal ləzzətini Azərbaycandakı hər bir qonağımıza eyni qayğı ilə təqdim etməkdirˮ.
Brendin Azərbaycan bazarına girişi çərçivəsində yüzlərlə yeni iş yerinin yaradılması, yerli əmək bazarına töhfə verilməsi və beynəlxalq xidmət standartlarına cavab verən restoran təcrübəsinin formalaşdırılması planlaşdırılır. “Popeyesˮ eyni zamanda, müştəri məmnuniyyətinə fokuslanan xidmət modeli və keyfiyyətə əsaslanan əməliyyat prinsipləri ilə fəaliyyət göstərəcək.
“Popeyesˮin Azərbaycana gəlişinin bazarın aparıcı brendlərindən biri olaraq əhəmiyyətli investisiya cəlb edəcəyi gözlənilir. Zaman keçdikcə biznes, tikinti, tədarük zənciri, paylama və restoran əməliyyatlarını əhatə edən yüzlərlə yeni iş yerinin yaradılmasını planlaşdırır ki, bu da yerli sektora mühüm təkan verəcək.
Azərbaycanda ilk “Popeyesˮ restoranının fevralın 27-si Bakının ən böyük ticarət mərkəzlərindən biri olan “Crescent Mallˮda ictimaiyyətə açılması planlaşdırılır. Bu açılış “Popeyesˮin artıq yüzlərlə restoran işlətdiyi Avropa, Yaxın Şərq və Afrika regionunda 22-ci bazarı olacaq.
MOK Group aparıcı istehlakçı və xidmət sahəsində fəaliyyət göstərən brendlərinin inkişafına və miqyasının genişləndirilməsinə yönəlmiş Azərbaycan mərkəzli investisiya və əməliyyat şirkətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 34 d. əvvəl
-
-
39 d. əvvəl
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
- 49 d. əvvəl
-
54 d. əvvəl
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
-
1 saat əvvəl
Analitiklər neftin qiymətinin 100 dollara qalxa biləcəyini proqnozlaşdırırlar
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABŞ–İsrail və İran arasında münaqişənin genişlənməsi fonunda qızıl 2% bahalaşıb
-
20 saat əvvəl
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
Neft İranda müharibə ilə əlaqədar olaraq kəskin bahalaşdı
Tramp: İran danışıqlar aparmaq istəyir, mən də qəbul etdim
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
OpenAI-ə böyük investisiya: Amazon-dan 50 milyard, NVIDIA və SoftBank Group-dan 60 milyard dollar sərmayə
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR






















