"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
(®) Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank yaşlı əhalinin asudə vaxtının səmərəli təşkili, həyat keyfiyyətini yaxşılaşdırmaq və onların sosial rifahını təmin etmək məqsədilə "Üçüncü Bahar" İctimai Birliyi ilə əməkdaşlığa başlayıb.
Əməkdaşlıq çərçivəsində Bank İctimai Birliyin nəzdində fəaliyyət göstərən İçərişəhər "YAŞA" Mərkəzinin fəaliyyətinə və infrastrukturunun gücləndirilməsinə dəstək göstərəcək.
Qeyd edək ki, "Üçüncü Bahar" İctimai Birliyinin əsas məqsədi yaşlı insanları bir araya toplayaraq onların asudə vaxtını səmərəli keçirməsini təmin etmək, ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında aktiv iştirakını təşviq etməkdir. Bu məqsədlə “YAŞA” Mərkəzlərində yaşlıların təhsil və məşğulluq imkanlarını genişləndirən müvafiq silsilə təlim-tədris proqramları həyata keçirilir. Mərkəzlərdə iştirakçılara maliyyə savadlığı, xarici dil, kompüter, qurama, rəsm və vitraj üzrə təlimlər, həmçinin idman, rəqs, yaradıcılıq dərnəkləri və fərdi kitabxana daxil olmaqla geniş spektrli fəaliyyətlər təqdim edilir.
TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır, şəhid ailələrinin və qazilərin sosial müdafiəsi, eləcə də ətraf mühitin mühafizəsi istiqamətində aktiv layihələr həyata keçirir. Bu əməkdaşlıq Bankın cəmiyyətin bütün təbəqələrinə qayğı göstərmək missiyasının davamıdır.
2017-ci ildə təsis edilmiş "Üçüncü Bahar" İctimai Birliyi ölkədə yaşlı nəslin nümayəndələrinin sosial rifahının yüksəldilməsi, onların asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə inteqrasiyasını təmin etməklə fəal yaşlanma mühitinin yaradılması istiqamətində fəaliyyət göstərir. Təşkilatın əsas strateji prioritetləri maarifləndirmə, yaradıcılıq, sağlamlıq, o cümlədən sosial sahibkarlıq istiqamətlərini əhatə edir.
Fəaliyyət göstərdiyi 9 il ərzində birliyin fərqli regionlarda yerləşən 4 mərkəzi vasitəsilə 45 000-dən çox benefisiar xidmətlərə cəlb edilib. Hazırda Bakıda fəaliyyət göstərən "YAŞA" Mərkəzləri həftəlik orta hesabla 350-400 nəfərə, regional mərkəzlər isə 70-80 nəfərə xidmət göstərməkdədir. Qeyd edək ki, "YAŞA" Mərkəzlərində təqdim olunan bütün xidmətlər yaşlılar üçün təmənnasız əsaslarla həyata keçirilir.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank ASC 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (FaceBook, İnstagram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 54 d. sonra
-
8 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
15 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 26 d. əvvəl
-
37 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 48 d. əvvəl
-
59 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir


























