Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
Yanvar ayında Azərbaycana 181 mindən çox xarici vətəndaş səfər edib2026-cı ilin yanvar ayında Azərbaycana 181 min 637 əcnəbi vətəndaş səfər edib ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 8 min 984 nəfər və ya 5% artım deməkdir.
Dövlət Turizm Agentliyinin yaydığı məlumatda bildirilir ki, yanvar ayında Rusiyadan 2% artım ilə 42 min 342 nəfər, Türkiyədən 15.5% artım ilə 36 min 536 nəfər və İrandan 2.1% artım ilə 15 min 399 nəfər səfər sayı qeydə alınıb.
Cənubi Asiya regionunu üzrə Hindistandan gələnlərin sayı 9 min 70 nəfər təşkil edib. Yaxın Şərq regionunun əsas bazarı olan Səudiyyə Ərəbistanından gələnlərin sayı artım göstərərək 8 min 976 nəfərə çatıb. Bu da ötən ilin yanvarı ayı ilə müqayisədə 2 min 783 nəfər və ya 44.9% artım deməkdir.
İlk onluqda qərarlaşan digər ölkələr - Gürcüstan (8 min 734), Pakistan (6 min 758), Qazaxıstan (5 min 676), Özbəkistan (5 min 130) və İsrail (4 min 972) olub.
Regionlar üzrə dinamika göstərir ki, Yaxın Şərq ölkələrindən gələnlərin sayı 22% artaraq 26 min 240 nəfərə, Qərbi Avropa ölkələrindən gələnlərin sayı isə 44% artaraq 6 min 819 nəfərə çatıb.
Mərkəzi Asiyanın əsas bazarlarından olan Qazaxıstandan gələnlərin sayı 5 min 676 nəfər təşkil edib ki, bu da 2.5% artım deməkdir. Özbəkistandan gələnlərin sayı isə 5 min 130 nəfərə çataraq 72.3% artım nümayiş etdirib.
Qeyd edilib ki, 2026-cı ildən etibarən Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən hədəf ölkələrdə ənənəvi təbliğat üsulları ilə yanaşı, rəqəmsal alətlərdən və sosial media kampaniyalarından daha geniş şəkildə istifadə etməklə marketinq və kommunikasiya fəaliyyətlərinin gücləndirilməsi planlaşdırılır.
“2024-2026-cı illər üzrə Turizm Marketinq Strategiyası”na müvafiq olaraq həyata keçiriləcək tədbirlər mədəniyyət turizmi, sağlamlıq turizmi, təbiət və macəra turizmi, işgüzar tədbirlər turizminin hədəf bazarlarda daha effektiv tanıdılmasına xidmət edəcək.
Beynəlxalq turizm marketinq fəaliyyəti müxtəlif hədəf bazarlar üzrə prioritetlərə uyğun olaraq onlayn, oflayn (beynəlxalq turizm sərgilərində iştirak, B2B və B2C görüşlər, seminarlar, təqdimatlar, xarici media və sənaye nümayəndələri üçün tanışlıq səfərləri) və media-kommunikasiya kanallarının inteqrasiyalı istifadəsini ehtiva edir. Məqsəd ilkin mərhələdə Azərbaycan haqqında rəqabətqabiliyyətli və çoxşaxəli turizm istiqaməti kimi məlumatlılığı artırmaq, növbəti mərhələdə Azərbaycanı brend kimi tanıtmaqla ölkəmizə səyahəti və marağı təşviq etmək, nəticə olaraq isə bu marağı real səfər qərarına çevrilməsinə təkan vermək və qlobal mövqeyini gücləndirməkdir.
Beynəlxalq turizm marketinq kampaniyaları planlaşdırılarkən qlobal turizm trendləri, regional dəyişikliklər, turistlərin səyahət davranışındakı transformasiyalar əsas götürülür. Ümumilikdə, 2026-cı il üzrə marketinq kampaniyalarında əvvəlki illərin uğurlu təcrübəsinə əsaslanmaqla daha genişmiqyaslı, rəqəmsal və bazar ehtiyaclarına daha çevik uyğunlaşan bir yanaşma tətbiq edilməsi hədəflənir.
Müştərilərin xəbərləri
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar ®
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
21 d. əvvəl
“Hörmüzə daxil olan tanker vuruldu — İki dənizçi yaralandı, sığorta riski yenidən yüksəldi”
-
-
1 saat əvvəl
Azərbaycanın Gürcüstandan avtomobil idxalı 18%-ə yaxın azalıb
-
1 saat əvvəl
Nazirlər Kabineti məktəbli formalarına dair dəyişiklikləri təsdiqləyib
-
1 saat əvvəl
Zelenski: ABŞ-la dialoq aparılır, sülhə yaxınlaşmaq üçün təkliflər var
-
1 saat əvvəl
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
AZAL Mərkəzi Asiyada şəbəkəsini genişləndirib – həftədə 47 reys
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
"Monetri" BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
ADY Hamburq Limanı ilə mühüm razılaşma imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Novo Nordisk “Novo” adı ilə yeni mərhələyə başlayır ®
“AzerGold”a yeni sədr müavini təyin olunub
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Ukraynanın buğda ixracı çöküb – 44%-lik geriləmə

























