Taksilərin icbari sığorta xərcləri yeni qaydada hesablanacaq
Taksi avtomobilləri ilə qəza riski, üçüncü şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimalları artıb. Buna görə xüsusi əmsalların tətbiq edilməsi zərurətini yaradıb.Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində Qaydalara dəyişikliklər təsdiq edilib.
Mərkəzi Bank sığorta bazarının davamlı və dayanıqlı inkişafı, sığorta xidmətlərinin istehlakçılarına qarşı ədalətli rəftarın gücləndirilməsi, sığorta xidmətlərinə ictimai etimadın gücləndirilməsi məqsədilə fəaliyyətlərini davam etdirir. Həyata keçirilən islahatlar çərçivəsində atılan addımlardan biri də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü (avto-icbari sığorta) üzrə sığorta haqlarının müəyyən olunması mexanizmlərinin təkmilləşdirilməsidir.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki. avto-icbari sığorta növü üzrə sığorta haqları avtonəqliyyat vasitəsinin istismarı zamanı üçüncü şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarını əhatə edən risk amillərinə əsaslanan əmsallar tətbiq olunmaqla müəyyən olunur.
Təyinatı sərnişin daşımaları üçün müəyyən edilən taksi avtonəqliyyat vasitələrinin mütəmadi və intensiv yol hərəkətində istifadəsi bu sahədə hadisələrin başvermə tezliyinin yüksək olması nəticəsində qəza riskinin artmasına səbəb olur. Aparılan təhlillər şəxsi məqsədlərlə istifadə olunan avtonəqliyyat vasitələrinə münasibətdə sərnişin daşımalarında istifadə olunan taksi avtonəqliyyat vasitələrinin üçüncü şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarının yüksək olmasını göstərib.
Qeyd olunan amillər taksi fəaliyyətində istifadə olunan nəqliyyat vasitələrinə münasibətdə xüsusi əmsalların tətbiq edilməsi zərurətini yaradıb.
Təhlillərə və uğurlu beynəlxalq təcrübələrə əsaslanaraq təsdiq edilmiş dəyişikliklər sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinə münasibətdə fərqli risk əmsallarının tətbiq olunmasını əhatələndirir.
Nəzərdə tutulan dəyişikliklər nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasının risklərə daha adekvat şəkildə müəyyənləşdirilməsinə, sürücülük intizamının artırılmasına və üçüncü şəxslərin səhhətinə və əmlakına zərər dəyməsi zamanı təkmil sığorta xidmətlərinin göstərməsinə, bütövlükdə isə sosial rifahın sabitliyinin qorunmasına xidmət edir.
XXX
Taksi minik avtomobilləri üçün mülki məsuliyyətinin icbari sığortasının yeni qaydada necə müəyyənləşəcəyi məlum olub.
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində Qaydalar"a edilən dəyişikliyə əsasən, avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləğinin hesablanması üçün 1.5 əmsalı tətbiq ediləcək.
Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edilməsi dedikdə “Avtomobil nəqliyyatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara uyğun olaraq, səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş icazə əsasında avtonəqliyyat vasitəsinə münasibətdə müvafiq buraxılış vəsiqəsi və buraxılış kartı olan daşıyıcılar tərəfindən hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilən sərnişin daşımaları başa düşülür.
Sığorta müqaviləsi bağlanarkən qeyd edilən əmsal avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumat mövcud olduğu halda tətbiq ediləcək. Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumatın müəyyən edilməsi mümkün olmadıqda, həmin əmsalın tətbiqi sığorta müqaviləsi bağlanarkən sığortalının könüllü bəyanı əsasında həyata keçiriləcək.
Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumat müəyyən edilməsi mümkün olmadıqda və ya bu məlumat sığortalı tərəfindən sığortaçıya bəyan edilmədikdə sığorta haqqı məbləğinin hesablanması üçün 1 əmsal tətbiq olunacaq.
Avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumat vermiş sığortalı ilə bağlanacaq növbəti sığorta müqaviləsində isə sığorta haqqı üzrə dürüstləşdirmə məbləği tətbiq ediləcək:
- Yanlış məlumatın verilməsi avtonəqliyyat vasitəsinə münasibətdə bağlanmış sonuncu sığorta müqaviləsi üzrə olduqda (Bu zaman istisna hal odur ki, sığorta hadisəsinin qeydiyyatı avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumat verilmiş sığorta müqaviləsinin qüvvədən düşməsindən (müddətinin başa çatması və ya xitamından) sonra həyata keçirilmişdirsə, sığorta haqqı üzrə dürüstləşdirmə məbləği sığorta hadisəsinin qeydiyyatının həyata keçirilməsindən sonra bağlanacaq növbəti sığorta müqaviləsində tətbiq ediləcək);
- sığortaçı tərəfindən yanlış məlumatın verilməsi faktı sığorta hadisəsi baş verdikdən sonra müəyyən edilmiş olduqda.
Sığorta haqqı üzrə dürüstləşdirmə məbləği müvafiq avtonəqliyyat vasitəsinə münasibətdə sonuncu bağlanmış sığorta müqaviləsində avtonəqliyyat vasitəsinin istifadə təyinatını düzgün əks etdirməklə hesablanmalı olan sığorta haqqı məbləği ilə faktiki ödənilmiş sığorta haqqı məbləği arasındakı fərqə bərabərdir. Avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumatın verilməsi faktı müvafiq icazəyə dair sənədlər, əldə edilmiş məlumatlar və ya müvafiq icazəni vermiş səlahiyyətli dövlət qurumuna göndərilmiş sorğunun nəticəsi əsasında müəyyən ediləcək. Növbəti sığorta müqaviləsi bağlananadək sığortalı tərəfindən iki və daha artıq sığorta müqaviləsi üzrə avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumat verilməsi müəyyən edildikdə hər bir müqavilə üzrə hesablanmış sığorta haqqı üzrə dürüstləşdirmə məbləği sığortalı ilə bağlanacaq növbəti sığorta müqaviləsinə cəmlənərək tətbiq olunacaq.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 51 d. sonra
-
11 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
18 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 29 d. əvvəl
-
40 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 51 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir

























