"PAŞA Həyat Sığorta"nın cəmi gəlirləri 20 faizdən çox artıb - ŞİRKƏTİN MALİYYƏ VƏZİYYƏTİ
"PAŞA Həyat Sığorta" ASC 2025-ci ili 53 milyon 374 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2024-cü ili 60 milyon 472 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "PAŞA Həyat Sığorta"nın xalis mənfəəti 7 milyon 98 min mant və ya 11,7% azalıb. Mənfəətin azalması əsas əməliyyat xərclərinin, o cümlədən sığorta ödənişləri xərcinin artması ilə əlaqədardır. Ötən il "PAŞA Həyat Sığorta" şirkətinin gəlirləri artıb.
Marja.az Şirkətin yerli standartlar əsasında hazırlanmış maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2025-ci ildə "PAŞA Həyat Sığorta"nın cəmi gəlirləri 696 milyon 70 min manat, cəmi xərcləri 627 milyon 515 min manat, maliyyə mənfəəti 68 milyon 555 min manat təşkil edib. Şirkət maliyyə mənfəətindən 15 milyon 181 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə "PAŞA Həyat Sığorta"nın cəmi gəlirləri 578 milyon 717 min manat, cəmi xərcləri 501 milyon 561 min manat, maliyyə mənfəəti 77 milyon 155 min manat təşkil etmşdi. Şirkət maliyyə mənfəətindən 16 milyon 683 min manat mənfəət vergisi ödəmişdi.
Ötən il "PAŞA Həyat Sığorta" şirkətinin cəmi gəlirləri 117 milyon 353 min manat və ya 20,3%, cəmi xərcləri isə 125 milyon 953 min manat və ya 25% artıb.
Keçən il "PAŞA Həyat Sığorta" tərəfindən yığılmış sığorta haqları 668 milyon 573 min manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 84 milyon 263 min manat və ya 14,4% çoxdur. Şirkət 2024-cü ildə 584 milyon 310 min manat sığorta haqları yığmışdı.
2025-ci ildə "PAŞA Həyat Sığorta"nın sığorta ödənişləri 160 milyon 329 min manat və ya 40% artaraq 560 milyon 431 min manat manat təşkil edib (2024-cü ildə şirkətin sığorta ödənişləri 400 milyon 102 min manat olmuşdu).
XXX
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən hazırlanmış maliyyə hesabatına görə, "PAŞA Həyat Sığorta" 2025-ci ili 61 milyon 988 min manat xalis mənfəət ilə başa vururb. Şirkət 2024-cü ili 56 milyon 376 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "PAŞA Həyat Sığorta"nın xalis mənfəəti 5 milyon 612 min manat və ya 10% artıb.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 50 d. sonra
-
12 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
19 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 30 d. əvvəl
-
41 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 52 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir




























