Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib
Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi müəyyənləşib.
Məlumata görə, tariflər bir neçə kateqoriya üzrə tətbiq ediləcək.
Belə ki, ölkə daxilində ödəniş kartları ilə aşağıdakı MCC kodlar (təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən təsərrüfat subyektinə təyin edilən kod) üzrə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi aşağıdakı kimi olacaq:
“Drug Stores and Pharmacies” və “Grocery Stores and Supermarket” kateqoriyalarına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.25 faizi;
“Petrol” kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 0.75 faizi;
“General” kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.5 faizi.
Yuxarıda nəzərdə tutulmayan digər MCC kodlar üzrə ölkə daxilində ödəniş kartları ilə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi müəyyən edilməyəcək.
Bu qərar 2026-cı il iyunun 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, interçeync tarifləri Ticarət Şəbəkələrinin İnkişafı ictimai birliyinin narahat olduğu mövzulardan biridir. İctimai Birliyin rəhbəri Araz İmanov "Marja.az"a açıqlamasında bildirdi ki, ictimai birlik Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ərzaq mağazaları (supermarketlər) kateqoriyasına aid əməliyyatlar üzrə kart ödənişləri komissiyalarında interçeyncin yuxarı həddinin ödəniş məbləğinin 1,25%-i səviyyəsində müəyyən edilməsini mühüm addım kimi qiymətləndirir: Uzun müddətdir üzərində çalışdığımız bu istiqamətdə tənzimləyici tərəfindən atılmış qərarı təqdirlə qarşılayır və onun bazarda real tariflərə necə transformasiya olunacağını diqqətlə izləyirik".
XXX
Ödəniş sistemləri iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı hədləri təsdiqlənib.
Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov qərar imzalayıb.
Qərara görə, ölkə daxilində ödəniş kartları ilə müəyyən MCC kodları (təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən təyin edilən kod) üzrə aparılan ödənişlərdə interçeyncin yuxarı hədləri müəyyən edilib.
Belə ki, aptek və ərzaq mağazaları (supermarketlər) kateqoriyalarına aid əməliyyatlar üzrə interçeyncin yuxarı həddi ödəniş məbləğinin 1,25%-i, yanacaq (petrol) kateqoriyası üzrə 0,75%-i, ümumi (general) kateqoriya üzrə isə 1,5%-i səviyyəsində müəyyən olunub.
Qərarda qeyd edilib ki, göstərilən kateqoriyalara daxil olmayan digər MCC kodları üzrə ölkə daxilində kartla aparılan ödənişlər üçün interçeyncin yuxarı həddi müəyyən edilmir.
Sənədə əsasən, təsdiq edilən yeni tariflər 2026-cı il iyunun 1-dən qüvvəyə minəcək. Qərar qüvvəyə mindikdən sonra müvafiq qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə təqdim ediləcək.
İnterçeync (interchange) nağdsız ödənişlər zamanı kartı buraxan bank (emitent) və ödənişi qəbul edən bank (ekvayer) arasında hesablaşmalar zamanı tətbiq olunan komissiya haqqıdır.
© Trend, APA
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 51 d. sonra
-
11 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
18 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 29 d. əvvəl
-
40 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 51 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir




























