“Alp Delux” şadlıq evi: "AQTA-nın heç bir işçisi bura gəlməyib, amma haqqımızda qara yalanı yayırlar"
"Toy sahibləri də narahatdır, zəng edirlər. Biz onlara başa salırıq ki, bizə qarşı bu bir haqsızlıqdır".“Alp Delux” şadlıq evində at ətindən istifadə edilməsi ilə bağlı yayılan iddialara restoran rəhbərliyi münasibət bildirib.
Marja xəbər verir ki, şadlıq evinin inzibatçısı Amil Quliyevin sözlərinə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir:
"Yayılan məlumat doğru deyil. Hal-hazırda gündəlik toyun keçirildiyi bir restorandır. Buna görə bizim ümumi rəhbərlik narahatdır. Biz mal ətindən ancaq basdırmada istifadə edirik. Biz haşlama, bozartma vermirik. Bizdə quzu ətindən istifadə olunur. Quzular da ki, yerdə quzulardır. Mətbəximiz açıqdır. Biz özümüzü müdafiə edirik. Nə üçün müdafiə edirik?! Çünki bu haqsızlığa biz göz yuma bilmirik.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) heç bir işçisi bura gəlməyib. Bizim üçün də maraqlıdır - gəlməyə gəlməyə, çəkinməyə-çəkinməyə, göstərməyə-göstərməyə bizim haqqımızda bu qara yalanı yayırlar. AQTA görüntülər də yayıb. “Alp Delux” şadlıq evi 6 ay bundan əvvəl təmir olunub. Görüntülərdə “Alp Delux” şadlıq evinin köhnə giriş qapısını veriblər. Köhnə bir şeyləri götürüb yaymaq düzgün deyil. Biz bunu qəbul etmirik.
Rəhbərlik qərar verəcək, bir tədbir görüləcəkdir. Sadəcə biz haqqımızı tələb edirik. Toy sahibləri də narahatdır, zəng edirlər. Biz onlara başa salırıq ki, bizə qarşı bu bir haqsızlıqdır".
“Alp Delux” şadlıq evinin baş inzibtçısı Razi Hüseynov "Bizim xəbərimiz yox idi. Biz oturduğumuz yerdə dedilər ki, belə bir paylaşım var" deyərək əlavə edib:
"Gəlib yoxlanış zamanı bir bildiriş təqdim etsələr, deyəsən ki, bu bildiriş əsasında bəli, bir səhvimiz var. Bildirişimiz yox, bir şeyimiz yox".
Amil Quliyev əlavə edib ki, AQTA-nın yaydığı şəkillər “Alp Delux”da çəkilməyib: "Bizin qəbul etdiyimiz ətlərin hamısı möhürlü olur. Ətlər qəbul edilir və istifadəyə verilir. Yəni o ətlər (at əti - red) bizə aid deyil".
Qeyd edək ki, “Alp Delux” şadlıq evi Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, ev 2403, m.33F ünvanında fəaliyyət göstərir və fiziki şəxs Mehdiyev Mahir Rauf oğluna məxsusdur.
Xəbər verildiyi kimi, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları “Alp Delux” şadlıq evində yoxlama keçirib. Baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməklərin hazırlanması sahələrində havalandırma sisteminin quraşdırılmadığı, qida ilə təmasda olan səthlərin yuyulabilən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, anbar sahəsində tavanda yerləşən su xətlərinin izolyasiya olunmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı müəyyən edilib. Şübhəli hallar səbəbilə istehlaka təqdim edilən ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsində nümunələrdə at DNT-si aşkarlanıb.
Nöqsanlarla bağlı obyektin rəhbəri barəsində inzibati protokol tərtib edilib. Ətlər dövriyyədən çıxarılaraq istehlaka təqdim olunmasının qarşısı alınıb, icrası məcburi göstərişlər verilib.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 50 d. sonra
-
12 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
19 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 30 d. əvvəl
-
41 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 52 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir






























