bp Özbəkistanda SOCAR-dan da pay almaqla "Şimali Üstyurd" sazişinə qoşuldu
bp bu gün Özbəkistan Respublikasının Şimali Üstyurd regionundakı altı blok üzrə hasilatın pay bölgüsü sazişinə (HPBS) qoşulduğunu açıqlayıb.
Marja xəbər verir ki, saziş Boyterak, Terengquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy bloklarını əhatə edir.
Sazişlər Daşkənddə keçirilən “Özbəkistan Neft-Qaz Konfransı 2026” çərçivəsində Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzəmahmudov, “Uzbekneftegaz” SC-nin İdarə Heyətinin sədri Abduqani Sanginov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli tərəfindən imzalanıb.
Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzəmahmudov: “Bu layihənin həyata keçirilməsi ölkələrimizin rəhbərliyinin güclü siyasi iradəsi və hərtərəfli dəstəyi sayəsində mümkün olub və bu səylər qlobal investorlar üçün ən açıq və şəffaf şəraitin yaradılmasına yönəlib. bp-nin Üstyurd regionunda hasilatın pay bölgüsü sazişinə qoşulması sadəcə bir kommersiya razılaşması deyil, bu, beynəlxalq investorların Özbəkistanda aparılan islahatlara və enerji sektorunun inkişafına yönəlmiş strateji kursumuza olan inamının birbaşa göstəricisidir.”
SOCAR-ın prezidenti Rövşən Nəcəf: “Azərbaycan ilə Özbəkistan arasında enerji sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verəcək bu layihə qardaş ölkələrimizin qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli strateji hədəflərə əsaslanan münasibətlərinin bariz təzahürüdür. Uzun illər ərzində SOCAR ilə sıx və səmərəli tərəfdaşlıq münasibətlərinə malik bp-nin bu layihəyə qoşulması birgə səmərəli fəaliyyətin təmin olunmasına geniş imkanlar açacaq. İnanırıq ki, SOCAR-ın və bp-nin enerji sektorundakı zəngin təcrübəsi, eləcə də “Uzbekneftegaz”ın imkanları və səyləri layihənin uğurla icrasına, həmçinin regionun enerji potensialının inkişafına mühüm töhfə verəcək.”
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli: “Uzbekneftegaz” və uzunmüddətli tərəfdaşımız olan SOCAR ilə yanaşı Özbəkistandakı ilk layihəmizə qoşulmağımızdan çox məmnunuq. Özbəkistanın böyük resurs potensialına malik olduğuna inanırıq və bu layihəyə qoşulmağımızı ölkənin neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsinə dəstək olaraq region üçün uzunmüddətli faydalar gətirmək imkanı kimi dəyənləndiririk. Bu HPBS-yə qoşulmağımız eyni zamanda bp-nin uzunmüddətli artımına dəstək olaraq şirkətin öz geoloji kəşfiyyat portfelini daha da genişləndirdiyini göstərir.”
“Uzbekneftegaz” SC-nin İdarə Heyətinin sədri Abduqani Sanginov: “bp kimi qlobal bir iştirakçının Şimali Üstyurd bloklarında geoloji kəşfiyyat işlərinə qoşulması Özbəkistanın enerji sektorunun investisiyalar üçün çox cəlbedici olduğunu təsdiqləyir. Əminik ki, bizim təcrübəmizin bp və SOCAR-ın qabaqcıl texnologiyaları, bilik və səriştələri ilə birləşməsi regionun resurs potensialının maksimum səmərəliliklə açılmasına imkan verəcək.”
bp sazişin mövcud tərəfdaşlarının - SOCAR və “Uzbekneftegaz” SC, hər birindən 20% iştirak payı almaqla bu HPBS-yə ümumilikdə 40% payla qoşulub. bp-nin qoşulmasından sonra HPBS-də iştirak payları belədir: bp – 40%, “Uzbekneftegaz” SC – 30% və SOCAR (operator) – 30%.
HPBS ilkin olaraq 24 iyul 2025-ci il tarixində SOCAR, “Uzbekneftegaz” SC və Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında imzalanmışdı. Hazırda layihə SOCAR-ın operator olaraq həyata keçirdiyi seysmik tədqiqat işləri ilə öz ilkin mərhələsindədir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 46 d. sonra
-
16 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
23 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 34 d. əvvəl
-
45 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 56 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir


























