Xırdalanda 2700-dən çox mənzilli kompleksdə mühüm yenilik - RƏSMİ SƏNƏD İMZALANIB
BLUE CITY uşaqların qayğısında!(®) Xırdalanda yerləşən Blue City yaşayış kompleksində uşaqlar və valideynlər üçün daha bir mühüm əməkdaşlığın əsası qoyulub. Kompleks ilə BARAMA Uşaq Bağçası arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. Tədbirdə hər iki qurumun rəhbər şəxsləri iştirak edib, tərəflər gələcək əməkdaşlığa dair rəsmi sənədi imzalayıblar.
Bu əməkdaşlığın əsas məqsədi Blue City sakinlərinin övladları üçün daha rahat, təhlükəsiz və müasir məktəbəqədər təhsil imkanlarının yaradılmasıdır. Layihə çərçivəsində uşaqların erkən inkişafı, sosial adaptasiyası və keyfiyyətli təhsil mühitində formalaşması prioritet istiqamət kimi müəyyən olunub.
Blue City yaşayış kompleksi isə müasir şəhər həyatını ailə rahatlığı ilə birləşdirən konsepsiyası ilə seçilməklə burada uşaqların rahatlığı, təhsili, idman saatları, əyləncəsi və təbiət içində sağlam inkişafı başlıca hədəfdir. Blue City 11 hektar ərazini əhatə edir. 25 ədəd 14 və 16 mərtəbəli binalarda 2700-dən çox mənzil planlaşdırılıb. Geniş həyətlər, yaşıllıq zonaları, qeyri-yaşayış obyektləri, məktəb və ailə yönümlü sosial infrastruktur sakinlər və övladlarının gündəlik rahatlığını təmin etmək məqsədilə düşünülmüşdür. Daxildə məktəb və bağçanın olması birbaşa uşaqlar və valideynlərin yüksək komfortu baxımından böyük üstünlükdür.
Qeyd edək ki, BARAMA Uşaq Bağçası Azərbaycanda fəaliyyət göstərən müasir məktəbəqədər təhsil şəbəkələrindən biridir. Bağçada uşaqlara fərdi inkişaf planı əsasında yanaşılır, onların fiziki, psixoloji və intellektual inkişafı üçün xüsusi proqramlar tətbiq olunur. Tədris prosesində Montessori metodikası, erkən inkişaf proqramları, nitq inkişafı, musiqi, incəsənət, şahmat, ingilis dili və digər inkişaf istiqamətləri yer alır. Eyni zamanda təhlükəsizlik tədbirləri, gündəlik tibbi nəzarət, sanitar-gigiyenik standartlar və valideynlərlə davamlı kommunikasiya sistemi burada əsas üstünlüklər sırasında göstərilir.
Tədbirdə çıxış edən tərəflər bildiriblər ki, bu əməkdaşlıq gələcək nəslin daha sağlam, təhlükəsiz və keyfiyyətli mühitdə böyüməsinə yönəlmiş ortaq baxışın başlanğıcıdır. Qeyd olunub ki, uşaqlar üçün yaradılan müasir təhsil və inkişaf mühiti, ailələrin yaşayış komfortu ilə birlikdə cəmiyyətin gələcəyinə edilən ən dəyərli investisiyalardan biridir.
Mərasim çərçivəsində vurğulanıb ki, Blue City-də həyata keçirilən bu yanaşma yaşayış kompleksinin yalnız mənzil təqdim etməklə kifayətlənmədiyini, eyni zamanda sakinlər və övladları üçün tam və müasir həyat konsepsiyası formalaşdırdığını göstərir. Bu əməkdaşlıqla kompleks daxilində böyüyəcək uşaqların daha sağlam, intellektual və müasir gələcəyə hazırlanması hədəflənir.
“Barama” Uşaq Bağçası ilə razılaşma “Blue City”də qeyri yaşayış sahələrinin inkişafı istiqamətində atılan mühüm bir addımdır.
Blue City Yaşayış Kompleksi - www.bluecity.az
BARAMA Uşaq Bağçası - www.baramakids.az
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 46 d. sonra
-
16 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
23 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 34 d. əvvəl
-
45 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 56 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir


























