Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
(®) Tikinti materiallarının istehsalı sahəsində hər zaman keyfiyyət, etibarlılıq və innovasiya ilə seçilən “Matanat A” şirkəti yüksək performanslı “Matanat A FASKER” iri ölçülü plitə və dekorativ daş yapışdırıcısını təqdim edir.
“Matanat A FASKER” – iri ölçülü plitələr, keramoqranit, fasad plitələri, dekorativ daşlar və isti döşəmələr üçün yüksək performanslı yapışdırıcıdır.
Sement əsaslı, xüsusi polimer əlavələri və nanotexnologiya ilə zənginləşdirilmiş bu məhsul, həm daxili, həm də xarici məkanlarda etibarlı və uzunömürlü yapışmanı təmin edir. “Matanat A FASKER” müxtəlif ölçülü plitələrin fərqli yüksəkliklərdə təhlükəsiz şəkildə yapışdırılmasına imkan verir və xüsusilə iri ölçülü keramoqranit üçün uğurlu seçimdir.
“Matanat A FASKER” üstün texniki xüsusiyyətləri ilə mühəndislər, peşəkar ustalar, həm də fərdi istifadəçilər üçün praktiki həll təqdim edir.
“Matanat A FASKER”-in üstünlükləri:
• Yüksək performanslı yapışdırıcıdır;
• İstiyə və şaxtaya dayanıqlıdır;
• EN standartının C2TE sinfinə aiddir;
• Standart yapışdırıcılardan fərqli olaraq iri ölçülü plitələr üçündür;
• Tiksotropikdir - şaquli səthlərdə plitənin sürüşmə ehtimalı yoxdur;
• Döşəmədə plitələr çökmür.
“Matanat A FASKER” -güvənlə qurulan məkanlar üçün peşəkar seçimdir: İşinizi asanlaşdırır, nəticəni mükəmməlləşdirir.
Qeyd edək ki, 25 ildir uğurla fəaliyyət göstərən “Matanat A” şirkəti 4 sistem, 27 məhsul qrupu üzrə fəaliyyət göstərir, 3000-ə yaxın məhsul çeşidinə, 200-dən çox ticarət markasına malikdir və dünya miqyasında patentləşdirilmiş bir neçə ixtiranın müəllifidir. Əsas məhsul qruplarına gipskarton lövhələri (alçıpan), quru divar və fasad üzləmə sistemləri, gips əsaslı suvaq və şpatklyovkalar, plitə yapışdırıcıları, hidroizolyasiya məhsulları, daş yunu, istilik izolyasiya məhsulları, əhəng və əhəngdaşı əsaslı məhsullar, lak və boya məhsulları, dekorativ fasad örtükləri, epoksid əsaslı boya və örtüklər, beton qatqıları və digər çoxsaylı məhsul qrupları aiddir. Yüksək texnologiyalı müasir zavodlara malik “Matanat A” şirkəti qloballaşaraq “MATANAT” ticarət markası adı altında istehsal etdiyi məhsullarını Qazaxıstan, Gürcüstan, İraq, Ukrayna, Özbəkistan və digər ölkələrə ixrac edir.
Daha ətraflı: *3030
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 45 d. sonra
-
17 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
24 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 35 d. əvvəl
-
46 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 57 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir


























