970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib

“Azərişıq” ASC-yə bildirişdə elektrik enerjisinə görə istehlakçının mövcud qalıq borcunun göstərilməsi, istehlakçılara təqdim edilən yazılı xəbərdarlıqlarda sahəvi qanunvericiliyin tələblərinə uyğun dəyişikliklərin həyata keçirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.
AzVak-mobil_resmin_ustu_31
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qanunvericilikdə müəyyən edilmiş təbii inhisar fəaliyyət sahələri üzrə Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələblərinə əməl olunmasına nəzarət edir. Bununla əlaqədar olaraq, Agentlik təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi, eləcə də müştərilərin mənafeyinə mənfi təsir göstərə bilən hərəkətlərə yol verilməsinin qarşısının alınması istiqamətində bir sıra tədbirləri həyata keçirir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaydığı məlumata görə, bu çərçivədə vətəndaş müraciətləri, o cümlədən Agentliyin sorğusuna əsasən Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələləri Tənzimləmə Agentliyindən (EMTA) daxil olmuş məlumatlar əsasında elektrik enerjisi təchizatının qanunvericiliyə uyğun təşkili istiqamətində “Azərişıq” ASC  barəsində araşdırma aparılıb. Araşdırmalar zamanı elektrik enerjisi təchizatının Rəqabət Məcəlləsinin və sahəvi qanunvericiliyin tələblərinə tam uyğunluğunun təmin edilməsi, habelə istehlakçıların hüquq və mənafelərinin qorunması məqsədilə müvafiq təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi əsas götürülərək iş qaldırılıb. Rəqabət komissiyası tərəfindən baxılan işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə işə baxılması prosesinə EMTA-nın səlahiyyətli nümayəndələri cəlb edilib.

İş elanları AzVak.az-da

İşə baxılma prosesində “Azərişıq” ASC tərəfindən elektrik enerjisi istehlakına görə istehlakçılarla hesablaşmaların aparılması və bildirişlərin təqdim olunmasının sahə üzrə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi, eləcə də elektrik enerjisi təchizatının dayandırılmasında qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə riayət edilməsinin vacibliyi müəyyən edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Rəqabət Məcəlləsinin müvafiq maddələrinin tələbləri çərçivəsində “Azərişıq” ASC-yə elektrik enerjisi təchizatının sahəvi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməsi, istehlakçılara təqdim edilən hesabda (bildirişdə) elektrik enerjisinə görə istehlakçının mövcud qalıq borcunun göstərilməsi, istehlakçılara təqdim edilən yazılı xəbərdarlıqlarda sahəvi qanunvericiliyin tələblərinə uyğun dəyişikliklərin həyata keçirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib. Bundan əlavə, rəqabət qanunvericiliyinin tələblərinin pozulmasında birbaşa iştirak etmiş  “Azərişıq” ASC-nin Cənub, Şimal-Qərb, Şirvan, Sumqayıt və Yasamal Regional (Rayon) Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) rəisləri, habelə sözügedən RETSİ-lərin enerji satışı üzrə müavinlərinə maliyyə sanksiyası tətbiq edilib.

Agentlik olaraq qeyd edək ki, hazırda “Azərişıq” ASC tərəfindən elektrik enerjisi təchizatında sahəvi qanunvericiliyin tələblərinə riayət olunması və abonentlərlə işin daha effektiv təşkili istiqamətində zəruri addımlar atılır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

AntiinhisarAgentliyi Azərişıq AzərişıqASC Azərişıqaraşdırma Azərişığaməcburigöstəriş Azərişığasanksiya Azərişıqcərimə elektrikenerjisitéchizatı elektrikenerjisi elektrikişığı abonentlər istehlakçıhüquqları istehlakçımənafeyi elektrikborcu işıqborcu elektrikhesabı elektrikbildirişi yazılıxəbərdarlıq RəqabətMəcəlləsi rəqabətqanunvericiliyi təbiiinhisar təbiiinhisarsubyektləri EMTA EnerjiMəsələləriTənzimləməAgentliyi EnergetikaNazirliyi AntiinhisarvəİstehlakBazarınaNəzarətDövlətAgentliyi elektriktəchizatının dayandırılması hesablaşmalar abonentlərləş regionalenerjitəchizatı RETSİ CənubRETSİ ŞimalQərbRETSİ ŞirvanRETSİ SumqayıtRETSİ YasamalRETSİ maliyyəsanksiyası icrasıməcburigöstəriş Azərişıqregionalidarələri istehlakçılarlahesablaşma elektrikenerjisiborcu sahəviqanunvericilik enerjisatışı abonentxidmətləri Azərbaycandaelektrik elektriktəchizatıxəbərləri Antiinhisarxəbərləri Azərişıqxəbərləri
05.06.2026 13:54
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19