AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
(®) AFB Bank tibb işçiləri üçün xüsusi nağd kredit kampaniyasına start verib. Kampaniya çərçivəsində kreditlər 3%-dək faiz endirimi və komissiyasız rəsmiləşdirmə imkanı ilə təqdim olunur ki, bu da müştərilərə maliyyə ehtiyaclarını daha sərfəli şərtlərlə qarşılamağa imkan verir.
Kampaniya çərçivəsində tibb işçiləri 50 000 AZN-dək nağd pul kreditini 10.5%-dən başlayan illik faiz dərəcəsi ilə əldə edə bilərlər. Kreditlər 59 ayadək müddətə rəsmiləşdirilir və müştərilərə ödənişlərini daha rahat planlaşdırmaq imkanı yaradır.
Kampaniyanın digər üstünlüklərindən biri isə kreditin başdan-başa onlayn şəkildə rəsmiləşdirilməsi imkanının təqdim edilməsidir. Belə ki, tibb işçiləri banka gəlmədən, əlavə vaxt sərf etmədən və iş qrafiklərini pozmadan kredit sifarişlərini tam rəqəmsal şəkildə həyata keçirə bilirlər.
AFB Bank müştərilərinin ehtiyaclarına uyğun maliyyə həlləri təqdim etməyə davam edir. “Tibb işçilərinə özəl” kampaniyası da səhiyyə sahəsində çalışan şəxslərə daha əlverişli və rahat kredit imkanları yaratmaq məqsədi daşıyır.
Kampaniyadan yararlanmaq üçün linkə keçid edin.
Hazırda AFB Bank ölkə üzrə 12 satış nöqtəsi ilə fəaliyyət göstərir. Bankın həyata keçirdiyi Transformasiya Strategiyası çərçivəsində müştərilər üçün daha sərfəli, əlçatan və müasir maliyyə həllərinin təqdim olunması əsas prioritetlərdən biridir. Müştərilər həmçinin 1545 qısa nömrəli Məlumat Mərkəzi, mobil bank və internet bank vasitəsilə də bank xidmətlərindən rahat şəkildə yararlana bilirlər.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 55 d. sonra
-
7 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
14 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 25 d. əvvəl
-
36 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 47 d. əvvəl
-
58 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir

























