"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
"Hilal Elektrik" ən son enerji həlləri ilə 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə iştirak edəcək. Şirkətin xüsusi ekspozisiyası Bakı Ekspo Mərkəzi, Zall 1, Stend № 51-də yerləşəcək.(®) Azərbaycanın enerji və elektrik təchizatı sektorunun köklü şirkətlərindən olan "Hilal Elektrik", 17-20 iyun 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə "AKSA Generator"un innovativ məhsulları ilə təmsil olunacaq.
Azərbaycanda enerji və elektrik təchizatı sahəsində 30 ildən artıq zəngin təcrübəyə malik olan "Hilal Elektrik" şirkəti, dünya brendi olan "AKSA Generator"un ölkəmizdəki rəsmi distribütorluğunu uğurla davam etdirir. Şirkət, iyunun 17-dən 20-dək baş tutacaq mühüm iqtisadi tədbirdə "AKSA Generator" layihələri ilə birgə yer alaraq ən son texnoloji yeniliklərini sərgi iştirakçılarına təqdim edəcək.
Sektorun gələcək strategiyaları və yeni texnologiyalar birarada
Sərgi müddətində sahənin peşəkarları, biznes tərəfdaşları və ziyarətçilər "Hilal Elektrik"in stendini ziyarət edərək sektorun gələcək strategiyalarını birgə müzakirə etmək, müasir enerji həlləri və ən yeni texnologiyalarla yaxından tanış olmaq imkanı əldə edəcəklər. Şirkətin xüsusi ekspozisiyası Bakı Ekspo Mərkəzində, Hall 1 - Stend №51 ünvanında yerləşəcək.
30 İllik keyfiyyət və qlobal brendlərin güvənli tərəfdaşı
Əsası 1996-cı ildə Zikrullah Günaydın tərəfindən qoyulan "Hilal Elektrik", yarandığı gündən etibarən ölkənin enerji infrastrukturunun inkişafına mühüm töhfələr verməkdədir. Şirkət "AKSA" ilə yanaşı, eyni zamanda Prysmian, Gewiss, Schneider, Legrand, Mutlusan, Erse, Çetinkaya və Megisan kimi dünya şöhrətli brendlərin rəsmi satış təmsilçisi qismində çıxış edir. Geniş məhsul portfelinə malik olan şirkət, yerli bazara yüksək keyfiyyətli elektrik məhsulları, kabel sistemləri və stabilizatorlar təqdim edərək etibarlı tərəfdaş imicini qoruyur.
Ətraflı məlumat və əlaqə
Hilal Elektrikin təqdim etdiyi xidmət və məhsullar, həmçinin sərgi proqramı haqqında ətraflı məlumatı şirkətin Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 46 ünvanında yerləşən baş ofisindən və ya 050 444 60 43 əlaqə nömrəsindən əldə etmək mümkündür.
Eyni zamanda, cari kampaniyalar və ən son yeniliklərlə tanış olmaq üçün şirkətin rəsmi www.hilalelektrik.az internet saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 saat əvvəl
İran aviaşirkətlərinin Azərbaycana uçuşları müvəqqəti dayandırılıb
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
3 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
4 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
İran aviaşirkətlərinin Azərbaycana uçuşları müvəqqəti dayandırılıb
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Ən çox oxunanlar
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























