SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
Serbiyanın "Elektroprivreda Serbiya" (EPS) şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında bu ölkənin Niş şəhərində qaz elektrik stansiyasının (QES) inkişafı, tikintisi və idarə edilməsi üzrə səhmdarlar müqaviləsinin yaxın həftələrdə imzalanması gözlənilir.
Bunu Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç Handanoviç Niş şəhərinin meri Draqoslav Pavloviç ilə görüşdə deyib.
Tərəflər görüş zamanı, ümumilikdə, Nişdə qazla işləyən elektrik stansiyasının tikintisi layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətləri müzakirə ediblər.
D. Handanoviç 2030-cu ildə elektrik stansiyasının tikintisinin başa çatdırılmasının planlaşdırıldığını vurğulayıb:
"Planlaşdırma sənədlərinin hazırlanması və uyğunlaşdırılması istiqamətində fəaliyyətlərə başlanılıb. Niş şəhərinin məkan planı artıq qəbul olunub və bu, planlaşdırma sənədləri üzərində gələcək işlər üçün əsas yaradır. Layihədə iştirak edən bütün aidiyyəti tərəflərin görüşündə layihəçidən 2030-cu ilin sonunadək həyata keçiriləcək əsas fəaliyyətlər və icra qrafiki barədə məlumat almaq imkanımız olub. Məhz həmin ildə elektrik stansiyasının tikintisinin başa çatdırılması planlaşdırılır. Yeni obyekt elektrik enerjisi təchizatının etibarlılığını artıracaq və Serbiyanın enerji sabitliyini gücləndirəcək, eyni zamanda Niş sakinlərinin istilik enerjisi ilə təminatının yaxşılaşdırılmasına əlavə töhfə verəcək".
Nazir vurğulayıb ki, layihənin hazırlanması üçün zəruri olan bütün tədbirlərin mümkün qədər tez həyata keçirilməsi məqsədilə bütün iştirakçıların tam səfərbər olması vacibdir: "Bu prosesə həmçinin EPS və SOCAR arasında birgə müəssisənin yaradılması da daxildir. Hazırda gələcək birgə şirkət üçün EPS və SOCAR arasında səhmdarlar müqaviləsinin razılaşdırılması prosesi davam edir və sənədin yaxın həftələrdə imzalanması gözlənilir".
Niş şəhərinin meri Draqoslav Pavloviç isə bildirib ki, Niş şəhər administrasiyası və bütün yerli qurumlar layihənin mümkün qədər tez hazırlanmasına və tikintinin qısa zamanda başlaması üçün lazım olan bütün addımların atılmasına maksimum dərəcədə sadiqdirlər.
Qeyd edək ki, iyunun əvvəlində Bakıda EPS və SOCAR Nişdə qazla işləyən elektrik stansiyasının inkişafı, tikintisi və idarə olunması üzrə əməkdaşlığın əsas şərtlərini müəyyən edən sənəd imzalayıblar. Bu sənəddə layihənin hazırlanması və həyata keçirilməsi üçün birgə səhmdar cəmiyyətinin yaradılmasının əsas prinsipləri, eləcə də gələcək əməkdaşlığın başlıca kommersiya aspektləri müəyyən edilib.
D. Handanoviç xatırladıb ki, Niş QES Serbiya ilə Azərbaycan arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən strateji layihədir. Bu layihə üzrə dövlətlərarası saziş bu ilin fevral ayında Belqradda, hər iki ölkənin prezidentlərinin iştirakı ilə imzalanıb.
© "Report"
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 44 d. sonra
-
18 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
25 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 36 d. əvvəl
-
47 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 58 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir


























