"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
2030-cu ilə qədər Azərbaycanda qoyun əti istehsalının 9 % artırılması nəzərdə tutulur.
Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.
Onun sözlərinə görə, qoyunçuluq Dövlət Proqramında xüsusi yer tutur:
"2030-cu ilə qədər qoyunların sayının 10 % artırılması, illik ixtacın 2,9 min tona çatdırılması və özünütəminetmə səviyyəsinin 7 % artırılması nəzərdə tutulur. Bu istiqamətdə 300 yeni yarım-intensiv qoyunçuluq təsərrüfatının yaradılması planlaşdırılır. Bu model ənənəvi qoyunçuluqdan daha məhsuldar və daha idarəolunan istehsal sisteminə keçidi təmin edəcək. Eyni zamanda 10 yun toplama məntəqəsinin və 1 yun emalı müəssisəsinin yaradılması nəzərdə tutulur. Bu, qoyunçuluqda əlavə dəyər zəncirinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Beləliklə, yalnız ət istehsalı deyil, yun, dəri və digər yan məhsulların da iqtisadi dövriyyəyə cəlb olunması təmin ediləcək".
"Yem istehsalının müasir texnika və texnologiyalarla təminatının yaxşılaşdırılması da qoyunçuluğun inkişafı üçün əsas istiqamətlərdəndir. Bundan başqa, 480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur. Otlaqların bərpası heyvandarlığın davamlılığı üçün vacibdir. Çünki otlaq sahələri deqradasiyaya uğradıqda heyvanların məhsuldarlığı azalır, yem xərcləri artır və təsərrüfatların rentabelliyi aşağı düşür", - deyə nazir müavini əlavə edib.
Onun sözlərinə görə, qoyunçuluqda xarici investisiyaların cəlbi üçün aqroparklar yaradılacaq: "Bu təşəbbüs sektorun müasir idarəetmə modelləri, qabaqcıl texnologiyalar və geniş bazar imkanları əsasında inkişafına töhfə verəcək. Həmçinin heyvanlar üçün içməli su təminatının yaxşılaşdırılması məqsədilə 100 subartezian quyusunun qazılmasının dəstəklənməsi nəzərdə tutulur. Bu tədbir xüsusilə yaylaq-qışlaq sistemi ilə işləyən təsərrüfatlar, yarımintensiv heyvandarlıq və su çatışmazlığı olan ərazilər üçün mühüm dəstək olacaq".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 gün sonra
-
1 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
1 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
1 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
7 saat əvvəl
50 milyondan çox istifadəçisi olan OPay 500 milyon dollar cəlb etməyi planlaşdırır
-
9 saat əvvəl
Naxçıvan Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsinə təyinat olub
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda ərzaq bahalaşır: Ən çox qiyməti artan məhsullar açıqlanıb - Rəsmi rəqəmlər
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan 1,55 milyon litr şərab ixrac edib – Əsas alıcı ölkələr açıqlandı
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 9 ayda 164,5 milyon manat ƏDV geri qaytarılıb
Azərbaycanda ərzaq bahalaşır: Ən çox qiyməti artan məhsullar açıqlanıb - Rəsmi rəqəmlər
Ən çox oxunanlar
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli 96 milyon manat artıb – Ən böyük artım biznes kreditlərindədir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Sizin Lombard”dan "75/25 Payız fürsəti" ®
Azərbaycanda oyuncaqların satışı və idxalı ilə bağlı yeni qaydalar təsdiqləndi – 6 ay sonra qüvvəyə minəcək
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda! ®
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

























