Azərbaycana Avropadan turist axını 8 % artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycana Avropa ölkələrindən 60 min 269 turist səfər edib.
Dövlət Turizm Agentliyinin (DTA) hesabatına görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8 % çoxdur.
O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 30 min 175 turist (+1,4 %) gəlib.
Şərqi Avropa ölkələri arasında ən çox turist Ukraynadan gəlib - 10 min 544 nəfər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 % azdır.
Bundan əlavə, Azərbaycana Belarusdan 6 min 105 nəfər (-17,5 %), Polşadan 3 min 334 nəfər (+30,7 %), Macarıstandan 1 535 nəfər (+47,2 %), Moldovadan 1 404 nəfər (-3,3 %), Rumıniyadan 1 208 nəfər (+24,8 %), Çexiyadan 1 088 nəfər (+18,6 %), Litvadan 867 nəfər (+16,1 %), Serbiyadan 651 nəfər (+5,2 %), Latviyadan 643 nəfər (+14 %), Bolqarıstandan 540 nəfər (-12,8 %), Slovakiyadan 525 nəfər (+12,7 %), Estoniyadan 459 nəfər (-5,9 %), Xorvatiyadan 376 nəfər (+27 %), Sloveniyadan 283 nəfər (+8,4 %), Kiprdən 162 nəfər (+14,1 %), Bosniya və Hersoqovinadan 147 nəfər (-19,7 %), Albaniyadan 100 nəfər (- 2,9 %), Monteneqrodan 105 nəfər (-34 %), Şimali Makedoniyadan isə 99 nəfər (-14,7 %) turist gəlib.
Dörd ay ərzində Qərbi Avropa ölkələrindən Azərbaycana 30 min 94 nəfər turist səfər edib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 15,5 % çoxdur.
Qərbi Avropa ölkələri arasında ən çox turist 7 min 416 nəfər olmaqla Böyük Britaniyadan gəlib. Bu, bir il öncəki dövr ilə müqayisədə 17,4 % çoxdur.
Bundan əlavə, Almaniyadan 7 min 45 nəfər (+36,7 %), İtaliyadan 4 min 314 nəfər (+6,8 %), Fransadan 1 891 nəfər (+ 6,7 %), İspaniyadan 1 887 nəfər (- 7 %), Niderlanddan 1 440 nəfər (+ 4,5 %), Belçikadan 903 nəfər (+22,5 %), Portuqaliyadan 832 nəfər (+14 %), Avstriyadan 765 nəfər (+15,9 %), İsveçrədən 657 nəfər (+13,1 %), İsveçdən 635 nəfər (+17,8 %), Yunanıstandan 588 nəfər (+9,1 %), İrlandiyadan 487 nəfər (+22,4 %), Norveçdən 390 nəfər (+10,5 %), Danimarkadan 312 nəfər (+11,4 %), Finlandiyadan 211 nəfər (-16,3 %), Lüksemburqdan 124 nəfər (-12,7 %), Maltadan 99 nəfər (+4,2 %), İslandiyadan 51 nəfər (+4,1 %), Andorradan 47 nəfər (+11,7 dəfə) turist gəlib.
Hesabat dövründə Azərbaycana 175 ölkədən 658,1 min və yaxud ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 11 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
10 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
10 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 10 saat əvvəl
-
11 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 11 saat əvvəl
-
11 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı





























