Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
Əbu-Dabinin Milli Neft Şirkətinin (ADNOC, BƏƏ) beynəlxalq enerji investisiya qolu olan XRG Azərbaycandakı iştirakını genişləndirmək üçün ölkə ilə danışıqlar aparır.
Bunu XRG-nin aktivlərin idarə edilməsi üzrə baş vitse-prezidenti Bassem Tadros Bakı Enerji Həftəsi çərçivəsində keçirilən forumda bildirib.
"Son bir il yarım ərzində biz tacın incisindən: SOCAR komandası ilə tərəfdaşlıq vasitəsilə Azərbaycandakı iştirakımızdan başladıq. Biz "Abşeron" layihəsində tərəfdaşıq, Cənub Qaz Dəhlizində pay əldə etmək üzrə saziş imzalamışıq, həmçinin burada, Azərbaycanda iştirakımızı genişləndirmək barədə danışıqlar aparırıq", - B.Tadros bildirib.
Onun sözlərinə görə, enerji layihələri, xüsusən də transsərhəd layihələr son dərəcə mürəkkəbdir, bahalıdır və yüksək risk səviyyəsi ilə müşayiət olunur: "Burada yerin təkindən istifadə, layihələrin işlənib hazırlanması və həyata keçirilməsi, maliyyələşdirmə, kommersiya danışıqları və maraqlı tərəflərlə iş sahəsində bacarıqlar tələb olunur. Tərəfdaşlıq riskləri azaltmağa, həmçinin layihənin daha sürətli və səmərəli şəkildə reallaşdırılmasını təmin etməyə kömək edir. Son il yarım ərzində məhz bununla məşğul olmuşuq və artıq iştirakımızın, möhkəm mövqelərimizin olduğu Azərbaycandan başlayaraq, bu məsələ ilə məşğul olmağa davam edəcəyik".
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 46 d. sonra
-
16 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
23 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 34 d. əvvəl
-
45 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 56 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir


























