Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
(®) Dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə başlatdığı kampaniyanı cari ilin 31 iyul daxil olmaqla, həmin tarixədək davam etdirir.
Kampaniya zamanı Banka müraciət edən şəxslər illik faiz dərəcəsi 9,9%-dən başlayan kreditlər əldə edə biləcəklər.
59 ay müddətinədək, minimal 0%-dən başlayan komissiya ilə təklif edilən zaminsiz kreditin maksimal məbləği 80 000 manatdır.
Qeyd edək ki, bir ildən artıq müddətə kredit götürən müştərinin aylıq gəlirindən asılı olaraq illik faiz dərəcələri və xidmət haqqı məbləği dəyişir.
Digər banklarda krediti olan şəxslər kredit öhdəliyini Azər Türk Banka refinans edə bilərlər. Bank 80 min manatadək krediti müraciət edən şəxsin minimum 5000 manat məbləğində refinans olunacaq öhdəliklərinin orta illik faiz dərəcəsindən 6%-dək aşağı faizlə rəsmiləşdirir.
Krediti Azər Türk Bankın saytında online və atb360 mobil tətbiqində sifariş vermək olar.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 45 d. sonra
-
17 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
24 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 35 d. əvvəl
-
46 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 57 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir




























