"Atlas Group" şirkəti Hitachi-nin Azərbaycandakı rəsmi distribüteri oldu
"Atlas Group" şirkəti beynəlxalq tərəfdaşlıq şəbəkəsini daha da genişləndirərək dünyanın aparıcı sənaye və texnologiya şirkətlərindən biri olan Hitachi ilə strateji əməkdaşlığa başlayıb.
Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, "Atlas Group" Azərbaycanda Hitachi brendinin sənaye, tikinti və mədən avadanlıqları üzrə rəsmi distribüteri status qazanıb.
Yeni əməkdaşlıq çərçivəsində "Atlas Group" Hitachi məhsullarının region üzrə rəsmi distribüteri olan ENKA şirkəti ilə əməkdaşlıq əsasında Azərbaycanda satış, texniki dəstək və servis xidmətlərinin göstərilməsini həyata keçirəcək. Məhsul portfelində xüsusilə tikinti və mədən sənayesində geniş istifadə olunan Hitachi ekskavatorları mühüm yer tutur. Bununla yanaşı, şirkət müxtəlif təyinatlı sənaye və ağır texnika həllərini də Azərbaycan bazarına təqdim edəcək.
Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən Hitachi ağır texnika sahəsində etibarlılığı, məhsuldarlığı və uzunmüddətli istismar göstəriciləri ilə tanınır. Şirkətin ekskavatorları iri infrastruktur layihələrində, karxanalarda, mədənlərdə və tikinti sahələrində geniş tətbiq olunur.
"Atlas Group" rəhbərliyinin sözlərinə görə, bu tərəfdaşlıq yerli şirkətlərin beynəlxalq standartlara cavab verən texnikalara daha rahat çıxış əldə etməsinə imkan yaradacaq:
"Biz daim dünyanın aparıcı istehsalçıları ilə əməkdaşlıq edərək Azərbaycan bazarına ən etibarlı və müasir texnologiyaları gətirməyə çalışırıq. Hitachi kimi qlobal nüfuza malik bir brendin rəsmi distribüteri olmaq bizim üçün mühüm nailiyyətdir. Bu tərəfdaşlıq müştərilərimizə daha geniş məhsul seçimi, yüksək servis keyfiyyəti və beynəlxalq standartlara uyğun həllər təqdim etməyimizə imkan verəcək".
Bu əməkdaşlıq nəticəsində Azərbaycan bazarında fəaliyyət göstərən şirkətlər Hitachi avadanlıqlarını birbaşa rəsmi distribüterdən əldə etməklə yanaşı, zəmanətli servis, orijinal ehtiyat hissələri və peşəkar texniki dəstək xidmətlərindən də yararlana biləcəklər.
Qeyd edək ki, Atlas Group həmçinin sənaye avadanlıqlarının istehsalında dünya nəhəngləri hesab olunan Atlas Copco, Epiroc, Deutz AG, Bauer kimi şirkətlərin Azərbaycanda rəsmi distribüteridir. Şirkət həm də Airblast, Elcometer, Cedima və digər nüfuzlu beynəlxalq istehsalçılarla tərəfdaşlıq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
8 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
8 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib





















