ADY Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin tutumunu artırır - 3 vaqon qoşulacaq, biletlərin qiyməti daha aşağı olacaq
Qatarların tərkibinə əlavə 3 ədəd yataq tipli vaqon qoşulacaq. Nəticədə hər reys üzrə 104 əlavə sərnişin yeri açılacaq və bir reys üzrə sərnişin yeri hazırkı 178-dən təqribən 60 faiz artaraq 282-yə çatdırılacaq.AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin yüksəldilməsi və Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə sərnişinlər üçün daha geniş və daha əlçatan səyahət imkanları yaratmağa davam edir.
Marja xəbər verir ki, 10 iyul 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə 3 ədəd yataq tipli vaqon (hazırda ölkədaxili marşrutda istifadə olunan standart+ sinif vaqonlar) qoşulacaq.Nəticədə hər reys üzrə 104 əlavə sərnişin yeri açılacaq və bir reys üzrə sərnişin yeri hazırkı 178-dən təqribən 60 faiz artaraq 282-yə çatdırılacaq.
Əlavə vaqonlara biletlər bu gündən satışa çıxarılıb. Bu vaqonlarda gediş haqqı hazırda istifadədə olan “Stadler” vaqonları üzrə biletlərin qiyməti ilə müqayisədə daha münasibdir. Belə ki, Bakı–Tbilisi–Bakı marşrutu ilə gediş haqqı məsafədən asılı olaraq standart+ sinif üzrə 40.30 AZN-dən başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 65.20 AZN, Yevlaxdan 53.30 AZN, Gəncədən 49.30 AZN, Ağstafadan isə 45.30 AZN-dir. Böyük Kəsikdən Tbilisi vağzalı və Qardabani stansiyasına isə müvafiq olaraq 43.40 və 40.30 AZN təşkil edir.
Xatırladaq ki, hazırda Bakıdan Tbilisiyə “Stadler” vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 79,5 AZN,Gəncədən isə 58.20 AZN-dir.
Beləliklə, son yenilik sayəsində daha çox sərnişinin Bakı–Tbilisi–Bakı marşrutu ilə daha münasib qiymətə səfər etməsinə imkan yaranır.
“Stadler” tipli vaqonlarla müqayisədə marşruta əlavə edilən standart+ tipli yataq vaqonlarında ödənişsiz baqaj norması bu vaqonların texniki xüsusiyyətləri və konstruktiv imkanları nəzərə alınaraq 36 kq müəyyən edilib.
Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə standart+ vaqonlarında səyyar keytrinq, yəni mobil satış xidməti təşkil olunacaq.
ADY qeyd edib ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə 25 may – 6 iyul tarixlərində 25 minə yaxın bilet satılıb və 14 minə yaxın sərnişin daşınıb. Bundan 6356 nəfər Tbilisi, 4343 nəfər Bakı, 1112 nəfər Gəncə, 808 nəfər Yevlax, 520 nəfər Ağstafa və digər stansiyalardan qatara minik edib. Bu da Bakı–Tbilisi–Bakı marşrutu üzrə səfər edənlərin təqribən 40 faizinin bölgələrin payına düşdüyünü göstərir.
Ümumilikdə ADY-nin son illərdə xidmət coğrafiyasının genişləndirilməsi və sərnişin məmnuniyyətinin artırılması istiqamətində həyata keçirdiyi layihələr nəticəsində qatarla səyahətə üstünlük verənlərin sayı artıb. 2026-cı ilin 6 ayında dəmir yolu ilə 5,4 milyondan çox sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrünün göstəricisi (4,6 milyon nəfər) ilə müqayisədə 20 faizə yaxın artım deməkdir.
ADY sərnişinlərin rahat, əlçatan və təhlükəsiz səyahət imkanlarından faydalanması üçün xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində tədbirləri davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
8 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
8 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib




















