“LC Waikiki”, “Koton”, “Decathlon” və digər brendləri birləşdirən loyallıq sistemi indi ABB mobile-da
(®) ABB tərəfdaşları ilə birgə Beyond Bankinqə doğru daha bir mühüm addım atıb. Bank “Best Brands” marka qrupunun loyallıq sistemini – “Best Brands Loyallıq Platforması”nı ABB mobile tətbiqinə gətirib. Bu yeniliklə gündəlik alış-verişlər indi müştərilər üçün daha da sərfəlidir. Yeni platforma müştərilərə alış-veriş zamanı bonuslar qazanmaq və topladıqları bonusları seçilmiş partnyor brendlərdə istifadə etmək imkanı yaradır.
“Best Brands Loyallıq Platforması” “LC Waikiki”, “Koton”, “Decathlon”, “Penti” “Funland” Uşaq Əyləncə Mərkəzi kimi məşhur brendləri özündə birləşdirir. Müştərilər ABB kartı ilə ABB POS terminallarında ödəniş etdikdə bonuslar avtomatik hesablanır və loyallıq platformasında əks olunur.
Platforma vasitəsilə müştərilər bonus balansını, alış-veriş tarixçəsini və ekstra bonus qazandıran brendləri rahat şəkildə izləyə bilirlər. Toplanan bonuslardan seçilmiş partnyor brendlərdə alış-veriş zamanı istifadə etmək mümkündür.
Yeni loyallıq imkanı müştərilərə əlavə kart və ya fiziki loyallıq kartı daşımağa ehtiyac yaratmadan daha sadə və rahat təcrübə təqdim edir. ABB kartı ilə ödəniş zamanı bonusların avtomatik toplanması prosesi daha sürətli və istifadəçi üçün daha əlçatandır.
Hazırda “Best Brands Loyallıq Platforması”na daxil olan partnyor brendlər üzrə bonus imkanları belədir: “LC Waikiki” 3%, “Koton” 5%, “Decathlon” 5%, “Penti” 5%, “Funland” Uşaq Əyləncə Mərkəzi 10%.
“Best Brands Loyallıq Platforması” müştərilərin gündəlik alış-verişlərini daha faydalı etməklə yanaşı, ABB mobile və ABB kartlarından istifadəyə əlavə üstünlük qazandırır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 44 d. sonra
-
18 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
25 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 36 d. əvvəl
-
47 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 58 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir


























