0-dan 100 kilometr saat sürətə 2,9 saniyəyə çatır - Azərbaycanda təqdim olundu
(®) Bakıda yeni nəsil premium SUV — ZEEKR 8X modelinin rəsmi təqdimatı baş tutub. Təşkil olunan tədbirdə ZEEKR-in beynəlxalq nümayəndələri, Efendiler Group rəhbərliyi, media mənsubları, avtomobil ekspertləri, influenserlər və xüsusi qonaqlar iştirak ediblər.
Təqdimat mərasimində ZEEKR-in Mərkəzi Asiya üzrə regional direktoru Davion Lin, Efendiler Group-un İcraçı direktoru Amal Əlili və Satış direktoru Ramin Əliyev çıxış edərək modelin əsas üstünlükləri və Azərbaycan bazarı üçün əhəmiyyəti barədə məlumat veriblər.
Tədbir zamanı ZEEKR 8X-in dizaynı, premium interyeri, yüksək performans göstəriciləri, ağıllı texnologiyaları və təhlükəsizlik imkanları nümayiş olunub. Avtomobilin ekstremal təhlükəsizlik sınaqları və digər yüksək performanslı modellərlə yarış görüntüləri qonaqların xüsusi marağına səbəb olub.
ZEEKR 8X iki güc versiyası ilə təqdim edilir. 2 litrlik plug-in hibrid mühərriki ilə təmin olunan avtomobildə Ultra versiya 898 at gücünə, Hyper versiya isə 1400 at gücünə sahibdir. Tam ötürücü sistemlə təchiz edilən Hyper versiya sıfırdan 100 kilometr saat sürətə cəmi 2,9 saniyəyə çatır.
Modelin salonunda NAPPA dəri oturacaqlar, zamşa tavan örtüyü, təbii ağac dekorları və çoxrəngli ambient işıqlandırma təqdim olunur. Ön və arxa oturacaqlarda isitmə, havalandırma, yaddaş və 22 nöqtəli masaj funksiyaları mövcuddur.
Arxa lounge oturacağı elektriklə idarə olunan ayaq dayaqları və 137 dərəcəyədək açılan konstruksiyası ilə uzun səfərlərdə biznes-klass səviyyəsində rahatlıq yaradır. 17 düymlük 3K OLED arxa ekran, 29 dinamikli premium audio sistemi, Dolby Atmos texnologiyası, üçzonalı klimat sistemi və isitmə-soyutma funksiyalı ağıllı soyuducu interyer komfortunu tamamlayır.
Təqdimat çərçivəsində qonaqlar avtomobillə yaxından tanış olub, modelin interyerini və texnoloji funksiyalarını əyani şəkildə nəzərdən keçiriblər.
72 000 dollardan başlayan qiymətlərlə ZEEKR 8X ilə yaxından tanış olmaq və ətraflı məlumat əldə etmək üçün Babək prospekti 37 ünvanında yerləşən ZEEKR Azərbaycanın rəsmi satış mərkəzinə yaxınlaşa və ya *2299 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 46 d. sonra
-
16 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
23 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 34 d. əvvəl
-
45 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 56 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir

























