"ABŞ-ın hücumuna dəstək verənlər legitim hədəf hesab olunacaq"
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ-ın İrana qarşı mümkün hücumlarına hər hansı formada dəstək verən tərəflər, göstərilən dəstəyin növündən asılı olmayaraq, legitim hədəf hesab ediləcək.
Marja xəbər verir ki, Əraqçi ABŞ-ın İrana qarşı təhdidlərindən sonra sosial şəbəkə hesabında açıqlama yayıb.
“Müdafiə doktrinamız aydındır: gözə göz, dişə diş”, – deyə iranlı nazir paylaşımında bildirib.
“İrana qarşı istənilən təcavüz, o cümlədən infrastrukturumuza hücum, bizi güclü və qətiyyətli cavab verməyə vadar edəcək”, – Əraqçi xəbərdarlıq edib.
Əraqçi ABŞ-ın mümkün hücumlarını şərh edərkən bildirib: “Belə bir təcavüzə töhfə verənlər, göstərdikləri dəstəyin növündən asılı olmayaraq, legitim hədəf hesab ediləcəklər”.
“ABŞ-ın regiondakı müttəfiqlərinin elektrik enerjisi kəsiləcək”
İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ Prezidenti Donald Trampın Tehran ətrafındakı körpüləri və elektrik stansiyalarını hədəfə ala biləcəklərinə dair təhdidinə cavab verib.
“Əgər körpülərimizə və ya elektrik stansiyalarımıza hücum edilərsə, ABŞ-ın regiondakı müttəfiqlərinin elektrik enerjisi kəsiləcək”, – deyə bəyanatda xəbərdarlıq edilib.
İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Məcid Musəvi ABŞ Prezidenti Donald Trampın İran infrastrukturunun hədəfə alınması ilə bağlı açıqlamalarını şərh edib.
Musəvi məsələ ilə əlaqədar yaydığı bəyanatda bildirib: “Əgər körpülərimizə və ya elektrik stansiyalarımıza hücum edilərsə, ABŞ-ın regiondakı müttəfiqlərinin elektrik enerjisi kəsiləcək”.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl verdiyi açıqlamada demişdir:
“Bundan sonra İran İslam Respublikası Hörmüz Boğazında hər hansı gəmiyə raket, reaktiv mərmi, pilotsuz uçuş aparatı və ya başqa bir vasitə və silahla atəş açdığı hər dəfə ABŞ, paytaxt Tehranın daxilində və ya ətrafında yerləşənlər də daxil olmaqla, bir körpünü və ya elektrik stansiyasını bombalayaraq məhv edəcək”.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 54 d. sonra
-
8 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
15 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 26 d. əvvəl
-
37 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 48 d. əvvəl
-
59 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir


























