İranla münaqişə genişlənir: Husilər Qırmızı dənizdə Səudiyyə Ərəbistanının neft tankerlərini vurduqlarını bildiriblər
Tehranın dəstəklədiyi husilər Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus iki neft tankerinə hücum etdiklərini açıqlayıblar. Hadisə ABŞ-nin İrana ardıcıl 12-ci gecə zərbələr endirdiyi bir vaxtda Yaxın Şərqdəki münaqişənin yeni cəbhəyə keçə biləcəyi ilə bağlı narahatlıqları artırıb.
Yəməndəki husilər çərşənbə günü “Encelia” və “Layla” adlı iki Səudiyyə Ərəbistanı neft tankerini pilotsuz uçuş aparatları və raketlərlə hədəfə aldıqlarını bildiriblər. Qruplaşma tankerləri elan etdiyi dəniz blokadasını pozmaqda ittiham edib.
Hücum təsdiqlənərsə, bu, silahlı qruplaşmanın Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etməsindən sonra ilk belə hadisə olacaq.
Səudiyyə Ərəbistanının dövlətə məxsus SPA xəbər agentliyi “Encelia” tankerinin Qırmızı dənizdən keçərkən hədəfə alındığını təsdiqləyib. Hücum nəticəsində gəminin burun hissəsində yanğın baş verib.
Agentlik Nəqliyyat Baş İdarəsinin adı açıqlanmayan rəsmisinə istinadən gəminin bütün heyət üzvlərinin təhlükəsiz olduğunu bildirib və hücumu beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.
SPA “Layla” tankerinin vəziyyəti barədə məlumat verməyib.
Bundan başqa, Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) çərşənbə günü Səudiyyə Ərəbistanının Əl-Şuqayq sahil şəhərindən təxminən 130 kilometr məsafədə Səudiyyə Ərəbistanına məxsus neft tankerinin “naməlum mərmi” ilə vurulduğunu açıqlayıb.
UKMTO hadisə nəticəsində gəmidə yanğın baş verdiyini, lakin xəsarət alanların olmadığını bildirib.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 45 d. sonra
-
17 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
24 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 35 d. əvvəl
-
46 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 57 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir


























