Azərbaycana turist axını 10 faizdən çox azalıb
Körfəz ölkələrindən gələnlərin sayı 31,4 faiz azalaraq 127,7 min nəfər təşkil edib.Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasına gəlmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə Azərbaycan Respublikasından xarici ölkələrə getmiş Azərbaycan Respublikası vətəndaşlarının sayı barədə məlumatları açıqlayıb.
Qeyd edilib ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasına dünyanın 189 ölkəsindən 1 milyon 92,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 28,1 faizi Rusiya Federasiyası, 21,0 faizi Türkiyə, 8,2 faizi İran, 4,9 faizi Gürcüstan, 4,6 faizi Qazaxıstan, 3,2 faizi Özbəkistan, 2,9 faizi Pakistan, 2,8 faizi Hindistan, 2,6 faizi İsrail, 2,4 faizi Çin, 1,8 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Almaniya və Böyük Britaniya, 12,4 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 68,7 faizini kişilər, 31,3 faizini qadınlar təşkil etmişdir.
2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2026-cı ilin yanvar-iyun aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 9,3 faiz artaraq 54,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 faiz artaraq 430,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,4 faiz azalaraq 127,7 min nəfər, digər ölkələrdən gələnlərin sayı 14,1 faiz azalaraq 480,1 min nəfər təşkil etmişdir.
Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,1 faizi hava, 27,5 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2026-cı ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 5,1 faiz azalaraq 937,4 min nəfər olmuşdur. Vətəndaşlarımızın 41,5 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz çox), 17,1 faizi Rusiya Federasiyasına (3,0 faiz az), 11,7 faizi Gürcüstana (0,2 faiz çox), 6,2 faizi İrana (41,0 faiz az), 23,5 faizi isə digər ölkələrə (7,7 faiz az) getmişdir. Gedənlərin 66,5 faizini kişilər, 33,5 faizini qadınlar təşkil etmişdir.
2026-cı ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 69,8 faizi hava, 28,1 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
7 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
7 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 8 saat əvvəl
-
8 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 8 saat əvvəl
-
8 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı
























