“Tesla”nın mənfəəti proqnozdan aşağı olub
“Tesla”nın ikinci rüb üzrə gəlirləri proqnozları üstələsə də, şirkətin mənfəəti gözləntilərdən aşağı olub. Maliyyə nəticələrinin açıqlanmasından sonra şirkətin səhmləri ucuzlaşıb.
Marja xəbər verir ki, London Fond Birjası Qrupunun (LSEG) sorğusunda iştirak edən analitiklərin proqnozları ilə müqayisədə “Tesla”nın nəticələri belə olub:
Bir səhmə düşən düzəliş edilmiş mənfəət: proqnozlaşdırılan 51 sentə qarşı 33 sent;
Gəlir: proqnozlaşdırılan 25,71 milyard dollara qarşı 28,24 milyard dollar.
“Tesla”nın maliyyə hesabatı şirkətin səhmlərinin qiymətində ciddi azalmanın davam etdiyi bir dövrə təsadüf edib. Çərşənbə gününün bağlanışına olan məlumata görə, səhmlər cari ay ərzində təxminən 11%, ilin əvvəlindən isə 17% ucuzlaşıb.
Bu geriləmə İlon Maskın trilyon dollarlıq digər şirkəti “SpaceX”in dəyər itirməsi ilə eyni dövrə təsadüf edib. İyun ayında rekord göstərici ilə birjaya çıxan “SpaceX”in səhmləri ən yüksək bağlanış qiymətindən bəri 40%-dən çox ucuzlaşıb.
Xalis mənfəət 5% azalıb
“Tesla”nın açıqlamasına görə, ikinci rübdə gəlirlər ötən ilin eyni dövründəki 22,5 milyard dollardan 26% artaraq 28,24 milyard dollara çatıb.
Şirkətin xalis mənfəəti isə 5% azalaraq 1,17 milyard dollardan 1,11 milyard dollara düşüb. Bir səhmə düşən mənfəət ötən ilin eyni dövründəki 33 sentdən 32 sentə geriləyib.
“Tesla”nın əsas avtomobil biznesindən əldə etdiyi gəlir 23% artaraq 20,52 milyard dollara çatıb.
Günəş enerjisi və batareya əsaslı enerji saxlama sistemlərini əhatə edən enerji biznesinin gəlirləri 13% artaraq 3,14 milyard dollar təşkil edib.
Zəmanət müddəti başa çatmış avtomobillərin təmiri üzrə ödənişlərin də daxil olduğu xidmətlər və digər fəaliyyət istiqamətlərindən əldə edilən gəlir isə 50% artaraq 4,58 milyard dollara yüksəlib.
Ümumi mənfəət marjası proqnozdan aşağı qalıb
Avtomobil biznesinin gəlirləri gözləntiləri üstələsə də, bir avtomobil üzrə orta satış qiymətinin azalması və tənzimləyici kreditlərdən əldə olunan gəlirlərin aşağı düşməsi şirkətin ümumi mənfəət marjasına mənfi təsir göstərib.
Satılmış məhsulların maya dəyəri çıxıldıqdan sonra şirkətin əlində qalan mənfəətin gəlirə nisbətini göstərən ümumi mənfəət marjası ötən ilin eyni dövründəki 17,2%-dən 16,8%-ə düşüb.
“StreetAccount”un məlumatına görə, analitiklər ümumi mənfəət marjasının 19,4% olacağını gözləyirdilər.
“Tesla” rüb ərzində daha bahalı və flaqman modelləri olan “Model S” və “Model X”in istehsalını dayandırdıqdan sonra populyar “Model 3” və “Model Y” avtomobillərinin daha ucuz versiyalarını satışa çıxarıb.
Əməliyyat xərcləri 47% artıb
Şirkətin süni intellekt, tədqiqat və digər inkişaf layihələrinə böyük həcmdə vəsait yönəltməsi nəticəsində əməliyyat xərcləri gəlirlərdən daha sürətlə artıb.
“Tesla”nın əməliyyat xərcləri ikinci rübdə 47% artaraq 4,35 milyard dollara çatıb. Şirkətin əməliyyat mənfəəti marjası isə ötən ilin eyni dövründəki 4,1%-dən 1,4%-ə düşüb.
İlon Mask şirkətin əsas diqqətini avtomobil satışlarından avtonom “Robotaxi” xidmətinə yönəldib. Bu çərçivədə sürücüsüz “Cybercab” avtomobillərinin istehsalı artırılır.
Şirkət, həmçinin “Optimus” humanoid robotlarının istehsalına başlamaq üçün Kaliforniyanın Fremont şəhərindəki köhnə zavod xətlərini yenidən qurur.
Mask səhmdarlara və tərəfdarlarına süni intellektlə işləyən robotun gələcəkdə dayə, zavod işçisi və ya yüksək ixtisaslı cərrah kimi fəaliyyət göstərə biləcəyini vəd edib.
Çin şirkətləri “Tesla”ya təzyiq göstərir
“Tesla” ardıcıl bir neçə il davam edən avtomobil tədarükü azalmasını dayandırmağa çalışır. Geriləmənin əsas səbəblərindən biri “BYD”, “Nio” və “Xiaomi” daxil olmaqla Çin avtomobil istehsalçılarının artan rəqabətidir.
Çin şirkətləri ABŞ-dan kənar bazarlarda münasib qiymətə və yüksək texnologiyalara malik elektrikli avtomobillər təklif edirlər.
Bəzi alıcılar isə İlon Maskın sərt siyasi ritorikasına və Tramp administrasiyası ilə əməkdaşlığına etiraz olaraq “Tesla” avtomobillərini boykot ediblər.
ABŞ-nin İranda apardığı müharibə nəticəsində benzin qiymətlərinin artması ilin ilk yarısında “Tesla”nın satışlarına müsbət təsir göstərib. Xüsusilə Avropada daha çox alıcı elektrikli avtomobillərə üstünlük verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
8 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
8 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib























